Yuxarı

Jurnalist olmaq istəyənlər qabiliyyət imtahanı verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jurnalist olmaq istəyənlər qabiliyyət imtahanı verdi

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.

Bu barədə Axar.az-a DİM-dən bildirilib.

Bu mərhələdə III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçən abituriyentlər iştirak ediblər.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunub. İmtahanın keçirilməsinə 9 imtahan binası, 32 zal, 12 imtahan rəhbəri, 70 nəzarətçi cəlb olunub.

İmtahan bütün binalarda saat 10:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.

DİM-in elektron imtahanlar korpusunda imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə təklif olunan 238 mövzu arasından 3 mövzu seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazıblar.

İmtahan nəticələri yazı işlərinin yoxlanılması prosesi başa çatdıqdan sonra 4-5 gün ərzində elan olunacaq.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər.

Tarix
2024.08.04 / 14:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan mühüm tərəfdaş olaraq qalır - Kallas

Əli Əsədov Qazaxıstanda səfərdədir

Latviya Prezidenti Azərbaycana gəldi

MM sədri MakKormak ilə sülh prosesini müzakirə etdi

Urmiya gölü haqda sevindirici xəbər

Meloni Azərbaycana bu tarixdə gələcək

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla