Yuxarı

"Azercell" “AI Chat Bot” artıq iOS istifadəçilərinin də xidmətində

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azercell"in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.

Yeni xidmətin üstünlükləri:

- Müştəri sorğularını ani emal edir;

- Onlayn müştəri xidmətlərində gözləmə vaxtını əhəmiyyətli dərəcədə azaldır;

- Müştərilərə daha sürətli və effektiv həll yolu təqdim edir.

Həmçinin tətbiqin yeni versiyasında istifadəçilər xüsusi bölüm vasitəsilə tətbiqin funksionallığına dair təklif və istəklərini də rahatlıqla göndərə bilərlər.

“Azercell” tətbiqin yeni imkanlarından yararlanmaq üçün tətbiqin ən yeni versiyasını “App Store” və ya “Play Store”dan yükləmək xahiş edilir.

Xatırladaq ki, ötən ilin dekabr ayında “AI Chat Bot”u Android əməliyyat sistemində işləyən cihazlar üçün istifadəyə vermiş Azercell yerli telekommunikasiya bazarında süni zəka əsaslı bot xidmətini təqdim etmiş ilk telekommunikasiya şirkəti oldu.

“Azercell” tətbiqini indi yükləyin və süni zəka texnologiyasının üstünlüklərindən faydalanın!

Əlavə məlumat üçün: https://www.azercell.com/az/

Tarix
2025.01.23 / 11:33
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, təkcə Azərbaycanla deyil, Türkiyə ilə də... - Paşinyan

Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi

İmişli olayı: güdükdə duranlar kimdir? - Deputat açıqladı

Paşinyan müharibədə qalib gəlsəydi, nələr edərdi...

İlham Əliyev Ərdoğana zəng etdi

Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir...

Ermənistan kəşfiyyatı: Azərbaycanın hücum ehtimalı...

Zəfər Konstitusiyasının qəbul olunması mümkündür

Ekstrasensdən qorxunc proqnoz: Sabah dəhşətli olacaq!

Sərhəddə delimitasiya prosesi başladı: Bu işlər görülür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla