Yuxarı

Bu xəstəxanalara göndərişsiz sığorta ilə müraciət etmək olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin tələbələrinin istehsalat təcrübəsi imkanlarını genişləndirmək və praktiki biliklərini daha da artırmaq məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydası”na dəyişiklik edilib.

Axar.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, artıq göndəriş tələb olunmadan icbari tibbi sığorta hesabına Azərbaycan Tibb Universitetinin (ATU) tədris-terapevtik və tədris-cərrahiyyə klinikalarına, o cümlədən Bakı Sağlamlıq Mərkəzinə stasionar tibbi xidmətlərdən (terapevtik və cərrahi tibbi xidmətlər) istifadə üçün birbaşa müraciət etmək mümkündür.

"Belə ki, pasiyent tibbi xidmətdən istifadə etmək üçün səhhətində yaranan problemlə bağlı dövlət və ya özəl tibb müəssisəsinə (birbaşa müraciət edildiyi təqdirdə vətəndaşın öz vəsaiti hesabına) müraciət edərək həkim müayinəsindən keçir. Müayinənin nəticəsindən asılı olaraq Xidmətlər Zərfi çərçivəsində göstərilən stasionar xidmətdən istifadəyə tibbi göstəriş olarsa pasiyent öz seçiminə əsasən ATU-nun tədris-terapevtik və tədris-cərrahiyyə klinikalarına, yaxud da Bakı Sağlamlıq Mərkəzinə xidmətdən yararlanmaq üçün göndərişsiz birbaşa müraciət edə bilər. Bu zaman sözügedən tibb müəssisələrində stasionar tibbi xidmət Xidmətlər Zərfi çərçivəsində icbari tibbi sığorta hesabına qarşılanır.

Nümunə: Pasiyent dövlət/özəl tibb müəssisəsinə səhhətində yaranan problemlə - məs., bel nahiyəsində küt və ya sancı şəkilli ağrı ilə bağlı müraciət edir. Burada həkim-uroloq/nefroloq tərəfindən müayinə olunur. Həkim tərəfindən təyin olunan müvafiq laborator və instrumental müayinələrdən keçir. Nəticədə pasiyentə böyrək daşı xəstəliyi diaqnozu qoyulur. Vətəndaş diaqnoza əsasən böyrək daşının xaric edilməsi əməliyyatından istifadə etmək üçün TƏBİB-in tabeliyindəki xəstəxanalarda, Agentliklə müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət qurumlarının tabeliyindəki) göndəriş əsasında və ya yuxarıda qeyd olunan 3 tibb müəssisəsinə seçiminə uyğun olaraq göndərişsiz müraciət edə bilər.

Bu qayda həmçinin pasiyentlər üçün tibbi xidmətlərə əlçatanlığı təmin etməyi hədəfləyir",- deyə məlumatda qeyd edilib.

Tarix
2025.01.24 / 10:55
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz İran XİN-də: Əxlaqsızlığa görə qovulan tələbələr...

Hikmət Mirzəyev türkiyəli generalla görüşdü - Foto

OBA-da “girov qalmaqalı”: DİN hərəkətə keçdi

İran panikada: Bakı və İrəvandan zəmanət istəyir

Vəziyyət ciddidir: İran Bakı ilə dəqiqləşdirir - Beqlaryan

Astana AZAL-la bağlı rus təbliğatını darmadağın etdi

Bu, “qara qutuları”n materiallarından fərqlənir - Bozumbayev

AZAL təyyarəsi ilə bağlı Qazaxıstandan açıqlama - Təcili

İrəvanı qorxuya salan üç ssenari: Mehridən Göyçəyə qədər...

Ermənistan sərhədimizdə “hava həyəcanı” elan edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla