Yuxarı

Hacı Qalib Əhmədovdan aldığı 1,2 milyonu hara xərcləyib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı iş adamı, milyarder Fərhad Əhmədovun sabiq deputat Qalib Salahzadəyə (Hacı Qalib) 1 milyon dollar verməsi ilə bağlı xəbər sosial şəbəkələrdə və mediada ciddi müzakirə edilir.

Axar.az xəbər verir ki, Hacı Qalib (Allahşükür Paşazadənin qudasıdır – red.) bu vəsaiti necə xərcləməsi barədə Globalinfo.az-a danışıb.

O bildirib ki, Fərhad Əhmədov bir milyon dolları Həcc ziyarətinə adam göndərmək məqsədilə vermişdi:

“Mənə göndərilən vəsaitin hamısını aidiyyəti üzrə sərf etmişəm. Fərhad Əhmədov çox xeyirxah işlər görüb. O, mənə bir milyon dolları təxmini 15 il əvvəl vermişdi. Səhv etmirəmsə, həmin dönəmdə heç deputat deyildim. Adam 200 min dollar Bilgəh qəbiristanlığı üçün ayrıca pul göndərdi. Oranı abadlaşdırdı, ağaclar əkdi. Dedi ki, əzizləri də orada dəfn olunub. Bundan başqa, 1 milyonu mənə o niyyətlə göndərdi ki, Qalib bəy, bu pula camaatı ziyarətə göndərin”.

Hacı Qalib həmin pulla Həcc ziyarətinə 500 nəfərdən çox zəvvar göndərdiyini vurğulayıb:

“Mənim şahidlərim də var. O puldan bir qəpik başqa istiqamətə xərclənməyib. Bəli, ehtiyacı olanlara dəstək olunub, amma ümumi məbləğə 500 nəfərdən çox şəxsi Həcc ziyarətinə göndərmişik. Pulu verən adam qalıb kənarda, kimsə gəlib hesabat aparır. Allah şahiddir ki, o məbləğdən özümə götürməmişəm”.

Qalib Salahzadə Fərhad Əhmədovla olan münasibətlərindən bəhs edib:

“Fərhad Əhmədovla münasibətim yaxşıdır. Adam gizlin şəkildə yüzlərlə ehtiyaclıya dəstək olub. Sonuncu dəfə Bakıda 6-7 ay öncə görüşmüşük”.

Tarix
2025.03.28 / 22:05
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-ın Ərdoğan sevgisinin səbəbi - Zülfüqarov

İlham Əliyev Pezeşkianla danışdı

Qabon prezidenti İlham Əliyevi təbrik etdi

Azərbaycanlılara qarşı törədilmiş soyqırım aktı...- Türkiyə MN

Efiopiyanın baş naziri İlham Əliyevi təbrik etdi

Əlcəzair prezidenti İlham Əliyevi təbrik etdi

31 mart Azərbaycan tarixinin faciəvi səhifələrindən biridir

Mehriban Əliyeva soyqırımla bağlı paylaşım etdi

Ermənilər Ordumuzu atəşə tutdu, PUA-larla kəşfiyyat uçuşları...

Azərbaycanlıların Soyqırımı Günü - XİN-dən bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla