Yuxarı

Xocavənddə partlayıcı qurğu tapıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocavənd rayonunda improvizə edilmiş partlayıcı qurğu aşkarlanıb.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə Daxili İşlər Nazirliyi vasitəsilə daxil olan müraciətə əsasən Agentliyin əməkdaşları tərəfindən Xocavənd rayonunun Bulutan kəndi ərazisində aparılan əməliyyatlar zamanı tərk edilmiş yaşayış evlərindən birində improvizə edilmiş, sürpriz partlayıcı qurğu aşkarlanıb.

Həyata keçirilən əməliyyat zamanı qeyd olunmuş ərazidə 1 ədəd PQ-7L raketinin üzərinə 105 ədəd atıcı silah patronlarının yapışqan lentlə bağlanması və partlayışın həyata keçirilməsi üçün əl qumbarası partladıcısından istifadə etməklə tələ məftili vasitəsilə quraşdırılmış improvizə edilmiş partlayıcı qurğu aşkarlanıb. Həmçinin fikri yayındırmaq məqsədilə partlayıcı qurğunun ətrafına çoxlu sayda fotoşəkillər səpələyiblər ki, onlardan birinə toxunduqda tələ məftili işə düşsün.

Aşkar edilən partlayıcı qurğu Agentlik əməkdaşları tərəfindən təhlükəsiz şəkildə ərazidən kənarlaşdırılıb.

Məhz mülki təyinatlı ərazilərdə yerləşdirilən, sürpriz formaya salınmış bu kimi qurğular yüksək və ölümcül partlayış törətmək məqsədi ilə quraşdırılıb.

ANAMA bir daha vətəndaşları təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa, şübhəli əşyaya rast gəldikdə dərhal 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verməyə çağırır.

Tarix
2025.04.01 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

"Melissa"nın dağıtdığı evin sahibləri bu qədər pul istəyir

Mahmud Abbas İlham Əliyevə məktub göndərdi

AP-nin Azərbaycana qarşı ikili standartları… - Avraham

İlham Əliyev bu tarixdə Çinə səfər edəcək

Ştaynmayer İçərişəhərlə tanış oldu - Foto

Ştaynmayer Ağ Şəhərdə - Foto

Azərbaycanla birgəyaşayış formulunu tapmalıyıq - Xandanyan

Pezeşkian Əliyevə məktub göndərdi

Koreyada yaşayan azərbaycanlılara xəbərdarlıq edildi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla