Yuxarı

1992-ci ildə şəhid olan iki nəfərin sümükləri tapıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:19

Ağdərə rayonunun Baş Güney kəndində kənd sakinləri insana məxsus olduğu ehtimal edilən skelet fraqmentlərini aşkarlayıb.

Axar.az xəbər verir ki, müvafiq qurumlar bu haqda məlumatlandırılıb.

Qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir. Artıq Qurban Göyüşova məxsus qalıqlar ərazidən götürülərək, şəxsiyyətin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib. Əsəddin Novruza aid olduğu ehtimal olunan skelet qalıqları isə uçmuş evin altından hələ çıxarılmayıb.

Qeyd olunub ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri aprelin 4-də hadisə yerində olacaq və Əsəddin Novruzovun qalıqlarını götürəcəklər.

Adı çəkilən şəxslər, 1992-ci il martın 12-də şəhid olublar. Onlara məxsus olduğu ehtimal edilən skelet fraqmentləri dəfn edildikləri yerdə tapılıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma başlayıb.

***

İnsan skeletinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, aprelin 2-də Ağdərə rayonu, Baş Güneypəyə kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilib, baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda sümüklərin kimə məxsus olması istiqamətində zəruri prosessual hərəkətlər icra edilir.

Fakla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Tarix
2025.04.03 / 14:48
Müəllif
Axar.az
Digər xəbərlər

Gec-tez təklifimizlə razılaşmağa məcbur olacaqlar - Əliyev

Lavrova İrəvanda şok: “Putin qatildir” şüarı ilə qarşılandı

Bakıda mühüm tədbir keçirildi

Əliyevlə Orban mətbuata birgə bəyanatla çıxış etdi - Foto

Numan Qurtulmuş Ədalət Vəliyevlə görüşdü

Əliyevlə Orbanın geniş tərkibdə görüşü oldu - Foto

Macarıstanın tələbatı səviyyəsində qaz təminatı... - Prezident

Bu, Putinin 3-cü müharibəsidir: İlk ikisində necə oldusa…

Macarıstanla Azərbaycanın oxşarlığı... - Prezident sadaladı

Ermənistanla sülhün imzalanması üçün 2 şərt var...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla