Yuxarı

Bakı metrosunda “yanğın”: FHN hərəkətə keçdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi və Bakı Metropoliteni QSC metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarında taktiki-xüsusi təlim keçirilib.

Nazirliyin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili”indən ibarət olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun ”Gənclik” və “Nəriman Nərimanov” stansiyaları arası 1-ci yol mənzilində yerləşən 380 voltluq yol qutusunda “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyaların bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib.

FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər”ə “ilkin yardım” göstərilməklə təxliyə olunublar.

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə halların qarşısının alınması, bu zaman xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə vaxtı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 8 ədəd texnikası və 56 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

Tarix
2025.07.29 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin bu səfəri ilə yeni tarixi mərhələ açıldı - Mey

Şahin Mustafayev İran səfiri ilə görüşdü

Qovlar şəhərinin Baş planı təsdiqləndi

Əli Əsədov qərar imzaladı

Bayramov UNİSEF rəsmisi ilə görüşdü

İranda mühüm iclas: Azərbaycanla münasibətlər...

Tehran Zəngəzurla bağlı Putin və Ərdoğana xəbər göndərib

Rusiya azərbaycanlı iş adamının obyektini darmadağın etdi - Foto

İran Zəngəzur dəhlizindən iki məsələyə görə qorxur - “Past”

Solovyov Qusman və Markova Şuşaya gəldiyi üçün nələr dedi... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla