İNSANIN ÖLÜMLƏ DİALOQU...
-Kimdir?
-Vaxtdı artıq...
-Hara gedirik?
-Gerçək evinə...
-Mənə bir az zaman verin, yalvarıram...
-Zamanın qalmadı...
-Sadəcə, bir neçə dəqiqə istəyirəm. Qəlbini sındırdıqlarım var,
könüllərini almamışam... Haqsızlıq etdiklərim var, üzr
istəməmişəm... Yaxşılıq gördüklərim var, dərindən təşəkkür belə
etməmişəm... Bəzi yaxşılıq edənlər var, əvəzində cüzi də olsa
pislik etmişəm... Bəzi dostlarım var, sevincimi də, dərdimi də
paylaşmaq əvəzində onlara gizli paxıllıq, həsəd, bəzən hətta pislik
də etmişəm... Haqqını dandıqlarım var... Belə getmək istəmirəm...
Belə gedə bilmərəm... Mən bunun hesabını necə verərəm, necə?
-Demək, bunları bilirdin...
-Bilirdim...
-Artıq nə yararı? – Vaxtında düşünməliydin..!
-Mən hər zaman vaxtımın olduğunu düşünürdüm...
-Qəribəsiniz... Həyat müvəqqətidi deyirsiniz... Ölüm bir andır
deyirsiniz... amma zamanınız gəldiyində "bir az zaman verin, hər
şeyi düzəldim" deyə yalvarırsınız. Sizə verilən hər dəqiqəni,
saatı, günü, ayı, ili dəyərləndirmirsiniz...
-Əgər bir az zaman versəniz... Kaş ki, sadəcə bir il öncəyə dönə
bilsəm, bircə il öncəyə...
-Əgər... Kaş ki... – Ən sonda yaşanan peşmanlıq hissi...
-Sadəcə, bir neçə dəqiqə istəyirəm, bir neçə dəqiqə...
-Gözləyirlər...
-Sadəcə, bir neçə dəqiqə. Üzdüyüm, könlünü sındırdığım,
haqsızlıq, pislik etdiyim, haqqını yediyim, haqqında dedi-qodu
yaydığım, günahına girdiyim insanlara etiraflar edib, üzr
istəyəcəm. Haqlarını halal etmələrini xahiş edəcəm...
-Bu qədər asandırmı səncə?
-...
-Gedək... Zaman bitdi...