Türkiyədə hər il "Can" Nəşriyyatının yaradıcısı Ərdal
Özün xatirəsinə həsr olunan "Ərdal Öz Ədəbiyyat Mükafatı" bu il
Kiçik İsgəndərə verilib.
"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər
verir ki, Kiçik İsgəndər mükafatını Pera Palasda təşkil edilən
mərasimdə alıb.
Gecənin aparıcılığını Ərdal Özün oğlu, "Can" Nəşriyyatının
rəhbəri Can Öz edib. Öz çıxışında bunları deyib: "Ölkə çətin
günlərini yaşayır. Buna baxmayaraq, bura gələn hər kəsə təşəkkür
edirəm.
"Ölmək, mükafat almaqdan böyük işdir"!
Qısa müddətli konsertdən sonra münsiflərdən biri olan Fəridə
Çiçəkoğlu bu ilki Ədəbiyyat Mükafatını məmnuniyyətlə Kiçik
İskəndərə vermək qərarına gəldiklərini deyib.
Mükafatı alan K.İskəndər çıxışında bunları deyib: "Normalda
danışıq nitqi hazırlamaq xasiyyətim deyil... Lakin bu mükafat məni
çox həyəcanlandırdığı üçün demək istədiklərimi unutmaq istəmədim.
Təxmin edərsiz ki, uşaqların öldüyü bir ölkədə yaşamaq, yazmaq
mənasız gəlir bəzən. Mən bu mükafatı o uşaqlar üçün alıram, demək
istərdim. Amma ölmək mükafat almaqdan böyük işdir".