Yuxarı

Yəhudi əsilli alman yazar Stefani Sveyq öldü

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yəhudi əsilli alman yazar Stefani Sveyq öldü

81 yaşlı yəhudi əsilli məşhur alman yazarı Stefani Sveyq Frankfurtda dünyasını dəyişib.

"Axar.az" xəbər verir ki, qadın yazar nasist soyqırımından qaçan ailəsindən bəhs etdiyi "Afrikanın heç yerində" ("Nirgendwo en Afrika") adlı romanı ilə məşhur olmuşdu.

1932-ci Almaniyada doğulan Sveyqin nasist soyqırımından Keniyaya qaçan ailəsinin xatirələrindən bəhs edən kitabı dünyanın müxtəlif dillərinə tərcümə olunub.

Bu romanı nəşr edən "Heyn Nəşriyyatı" kitabın 7.5 milyon nüsxə satıldığını bildirib. Bu əsər əsasında rejissor Karolin Linkin çəkdiyi film Oskar mükafatı qazanıb.

Yazarın "Haradasa Almaniyada", "Ağız dolusu torpaq", "Lakin arzular Afrikada qalır" adlı əsərləri də var.

II Dünya Müharibəsindən sonra 1947-ci ildə Almaniyaya qayıdan qadın yazar Franfurtda təhsilini alıb və həyatının sonuna qədər bu şəhərdə yaşayıb.

Tarix
2014.04.30 / 08:54
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Britaniya səfirliyinin rusca altyazılı filmləri

“Locarno”da iştirak edən filmimiz Bakıda – Video

Bu gün “Qarabağnamə” nümayiş olunacaq

“…Qanımdadır” nümayiş olundu – Foto

“Belə gəlib, belə də getsin dünyadan...”

Aygün Mandelanın aldığı mükafatı aldı

Məşhur amerikalı yazar vəfat etdi

Van Qoqun nadir – Fotosu

“Qarabağlı Hüseynalı Bəy” təqdim edildi - Foto

Nazir xalq şairindən danışdı – Gecə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla