Bir tarixçinin belə yazması sadəcə ayıbdır
Tarixçi V.Salayev yazır: "ORAND sözü əslində ARVAND
sözünün təhrif olunmuş formasıdır. "Səidiyyə"
("Cavahirnaməyi-Lənkaran") kitabında bu tayfa URVAND kimi qeyd
olunur. ARVAND sözünün etimologiyası iki sözün bitişməsindən
yaranmış: AR - ariy və VAND - tayfa. VAND sonluğu bir çox talış
tayfa və nəsillərinin adlarında geniş istifadə
olunmaqdadır.
Ehtimal etmək olar ki, orandlılar midiyalıların ARIZANT
tayfasının nəsilləridir.
Hal-hazırda Lerik rayonunda İ.Əzimbəyovun bir cəfəng uydurması
geniş təbliğ olunmaqdadır ki, guya "Zuvand-Orand gəlib
çini-macindən, düşmənləri qırıbdılar içindən".
Bu ifadə 7 əsrdir ki, bölgədə yaşayır, bunu necə danmaq
olar?
Belə yerdə deyirlər: Zuvand, Orand, Dırığ, Pirembel, Alar,
Dilaqarda tayfalarının bu məsələyə nə dəxli var?
"Zuvand" sözü e.ə VIII əsrə aid Assur mənbələrində "zuvan"
şəklində türk tayfası kimi qeydə alınıb. Uran, eləcə də Oyrot
tayfasının Arizantla nə əlaqəsi var?
Dırığ sözünü gah "iki daş" şəklində izah edirsiniz, gah da "dığ"
sözündən yarandığını iddia edirsiniz; sonra da Bəg nəsli
adlandırırsınız!
Yardımlıdakı Dəryavar oykoniminin ilkin forması Derikavardır.
Yəni, dirik türk tayfasının adıyla bağlıdır.
"Alar" adının Allara nə dəxli var axı? Bu türk tayfa adının 3
minildən artıq yaşı var. Qədim mənbələrdə də Alar şəklində qeydə
alınıb. İstər Zuvan, Oran, istərsə də Alar toponimi, - bunlar
bumeranq türk tayfa adlarıdır.
Vallah, ayıbdır! Belə fikirlər tarixçiyə yaraşmaz: "Bu bütün
siyahı deyil, sadəcə əsas istiqamətlərdir ki, bu istiqamətlərdə
davamlı iş gedir. Bu siyasət nəticəsində XVIII əsrdə Şəfidaşt, XIX
əsrdə Dılagarda və Pirembel kimi böyük tayfalarımızı itirdik.
Daştvənd, Pornaym və Allar tayfalarını isə demək olar ki, itirməyin
son mərhələsindəyik".
Füzuli rayonu ərazisinə köçürülmüş Dilaqarda tayfasının talış
tayfası ilə nə bağlılığı var? Heç olmasa, "Yuxarı Qarabağ
toponimləri" əsərinə baxın:
"1820-ci ildə Rusiyanın Cənubi Azərbaycandan köçürüb gətirdiyi
tayfalardan (Qasımlı, Zərgər, Mahrızlı, Şahsevən) biri Dilaqarda
adlanırdı. Bu el 600 ailədən ibarət olmaqla ondan əvvəl Talış
bölgəsində və Cənubi Azərbaycanda maldarlıqla məşğul olurdu.
Köçürülmüş tayfalardan 24 kənd yaranmışdı ki, onlardan üçü
(Dilaqarda, Araz Dilaqarda və Qobu Dilaqarda) Dilaqarda elinin
adının eynidir.
Araz Dilağarda. Kəndin adı Araz hidronimindən və mənşəcə
Qaraqoyunlu tayfa ittifaqının Dilaqarda tayfasının adından
ibarətdir. "Araz çayı kənarında Dilaqarda kəndi" mənasındadır. Araz
sözü digər Dilaqerda (Qobu Dilaqarda) kəndindən fərqləndirici
əlamət bildirir. 1820-ci ildə İrandan köçüb gəlmiş və onların
Dilaqarda elində məskunlaşması nəticəsində Dilaqarda, Araz
Dilaqarda və Qobu Dilaqarda kəndləri yaranmışdır.
Azərbaycan dilində qobu - "quru dərə", "quruyarğan" və
Qaraqoyunluların Dilağarda tayfasının adındandır. Mənşəcə
Qaraqoyunlu tayfa ittifaqına mənsub Dilaqarda eli 1820-ci ildə 600
ailədən ibarət olmaqla Cənubi Azərbaycandan Şimala keçmişdir".
Hansını deyəsən, birdir, ikidir? Tarixçilərimiz bu məsələlərə
aydınlıq gətirməli, həqiqəti ortaya çıxarmalı və məqsədli şəkildə
ortaya atılmış ittihamlara tutarlı cavab verməlidir.