Yuxarı

Niyə Qarabağda yox, Suriyada döyüşürük?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi tez-tez Suriyada ölən azərbaycanlılar barədə xəbərlər eşidirik. Uzun illər ərzində döyüş xəbərlərinə yadırğamış azərbaycanlılar üçün bu xəbərlər üzücü olduğu qədər də anlaşılmaz görünür. İlk ağla gələn və geniş yayılmış münasibət budur ki, sənin nə işin var idi Suriyada? Yaxud Qarabağı qoyub, Suriyaya niyə gedirlər?

İlk baxışdan normal görünə bilən bir reaksiyadır. Ancaq gerçəklikdəsə belə yanaşma heç də baş verənlərə ədalətli və obyektiv qiymət sayıla bilməz. Nəyə görə? Çünki artıq motivindən asılı olmayaraq, biz azərbaycanlılar üçün insanların şüurlu şəkildə qərar qəbul edərək döyüşə getməsi bir qədər anlaşılmaz, hətta anormallıq sayılır. Axı biz başımızı aşağı salıb ətrafda nə baş verməsindən asılı olmayaraq bir tikə çörək qazanmağı həyat tərzinə çevirmiş bir xalqıq.

Ona görə də bu həyat fəlsəfəsinə uyğun gəlməyən olayları səbəbinə belə varmadan ağ-qara məntiqi ilə pisləməyi adət halına gətirmişik. Burada məsələ ilk növbədə səhv və ya doğruluğundan asılı olmayaraq, insanların qəbul etdiyi dəyər, inandığı həqiqət yolunda ölümü belə gözə almasıdır. Bu gerçəkliyin qarşısını isə inzibati güclə almaq mümkün deyil.

Qarabağ kimi dərdi olan bir ölkə üçün belə bir hissin yaşaması olduqca önəmlidir. Demək, məsələnin problemli tərəfini nəticədə deyil, ideya, əqidə ehtiyacı olan insanların mənəvi və inam ehtiyacının vaxtında doğru istiqamətləndirilməməsində axtarmaq gərəkdr. Əgər biz İslamı gerçək mahiyyətinə uyğun təbliğ etmək və insanlara çatdırmaq siyasətini qura bilmiriksə, bu halda adamların kənardan ixrac olunan təriqətlərin təsiri altına düşməsi də qaçılmaz olacaq. Bundan sonra isə iş çətinə düşür və belə insanların qarşısını inzibati yolla kəsmək istənilən nəticəni vermir. Ona görə də etiraf etmək gərəkdir ki, bu gün insanlarımızın kənar təriqətlərin əsgərinə çevrilməsinin səbəbi ilk növbədə İslam dininə münasibətdə buraxılan yanlışlar, cəmiyyətimizin mənəvi mühitindəki boşluqlardır.

İslamı yas mərasimlərinin çadırlarından çıxarmayınca, ona nəzir biznesi kimi baxılmasının, cəmiyyətdəki ədalətsizlikləri aradan qaldırıb insanlarımızın təriqətlərdə özlərinə rahatlıq tapmasının qarşısını almayınca, bizi irəlidə hələ çox təhlükələr gözlədiyini unutmamalıyıq.

Suriyada döyüşənlərin niyə Qarabağda döyüşməməsi məsələsinə gəldikdə isə məncə, ilk qınanılan Suriyaya gedənlər yox, onların Qarabağa getməməsinin səbəbi olmalıdır. 20 illik atəşkəs dönəmində ermənilər təkcə silahlı birləşmələrlə Qarabağı, ona bitişik rayonları əldə saxlamırlar, həm də orda məskunlaşma siyasəti aparırlar. Buna qarşılıq biz də olanları, başımıza gətirilənləri seyr etməklə məşğuluq. Rəsmi olaraq atəşkəs olsa da, nə mane olurdu ki, bütün Qarabağ əraziləri boyu geniş partizan hərakatı başlasın. Relyefinə, hər dərə, təpəsinə bələd olduğumuz işğal altındakı torpaqlarımızda illər uzunu davam edən partizan hərakatı olsaydı, bu gün kim bilir Qarabağdakı bitib-tükənməyən itkilərə görə Ermənistanın daxilində necə böyük narazılıqlar, etirazlar başlanmışdı.

Bu işğalın bədəlini ermənilərə ödətməyincə, ATƏT-in Minsk Qrupunun nağılları ilə itirdiyimiz torpaqlara yadlaşmaqda davam edəcəyik.

Tarix
2014.02.14 / 10:43
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla