Yuxarı

O, gecə gəldi…

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
O, gecə gəldi…

Əli uşaqları yatırdıb mətbəxə keçdi. Bulaşıq qabları yudu. Dünəndən yuduğu paltarları ipdən götürdü, ütüləyib yerbəyer etdi. Özünə çay süzüb pəncərənin qabağında oturdu. Saata baxıb onu gözləməyə başladı.

Artıq neçə vaxt idi ki, belə edirdi. O gəldi.

- Salam. Gəldin? Bilirdim ki, gələcəksən, bayaqdan səni gözləyirəm.

O, başı ilə salamlaşıb uşaqlara tərəf baxdı. Əli sözünə davam etdi:

- Yedirdib yatırmışam, paltarları yuyub ütüləmişəm. Bütün günü səndən danışmışıq. Axı, bu gun sənin öldüyün gündür.

O, başı ilə minnətdarlığını bildirərək ütülü paltarlara və yuyulmuş qablara baxdı. Əli dərindən köks ötürdü:
- Hə, səndən sonra çox şey öyrənmişəm. Ev yığışdırmağı, paltar yumağı, yemək bişirməyi…

O, sual dolu nəzərlərlə Əliyə baxdı. Əli:

- Səni itirməkdən qorxuram, tez-tez yuxularıma gəlirsən. Heç yuxudan ayrılmaq istəmirəm, elə hey yatmaq istəyirəm. Ayılanda çox peşman oluram, çünki söhbətimiz yarımçıq qalır. Bu evə başqa bir qadın gəlsəydi, səni bir daha görməzdim. Axı sənin əmanətlərini başqasına necə etibar edə bilərəm?!

Bu anda uşaqlardan biri ağladı:

- Ana haradasan? Ana! Anamı istəyirəm…

Qeyri-ixtiyari baxışları toqquşdu. Əlinin gözləri yaşla dolmuşdu:

- Hər gecə yuxudan oyanıb səni axtarır...

O, sanki günahkarcasına Əlinin gözlərinə baxaraq başı ilə uşaqları göstərdi. Əli uşaqların yanına getdi. Qayıdanda onu görmədi.

O getmişdi…

Tarix
2016.01.18 / 01:12
Müəllif
Əbil Həsənov
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla