Axar.az dəmirçilik işində qısa müddətdə yerli bazarda liderə
çevrilmiş, işləri ilə parkları, bulvarları bəzəyən "Cast-Met" LTD
şirkətinin Baş direktoru ilə müsahibəni təqdim edir.
"Cast-met" şirkətinin məhsul çeşidləri ilə tanış olmaq üçün bu
linkə keçin: http://castmet.az
- Neçə ildir fəaliyyətdəsiniz?
- Biz 2004-cü ildən "Dəmirçilər" adı ilə Binəqədi rayonunda 500
metrlik icarəyə götürdüyümüz yerdə fəaliyyətə başlamışıq.
Məqsədimiz dünya bazarına çıxmaq idi. Ona görə də var gücümüzlə
işlədik. Və şirkətimizi "Cast-Met" adı ilə böyütdük.
- "Dəmirçi"dən niyə "Cast-Met"ə keçid
etdiniz?
- "Dəmirçi"lər adı ilə fəaliyyət göstərəndə mən tək idim.
Şirkətimiz böyüdükdən sonra "Imed", "Aİinşaat" kimi fəaliyyət
göstərdik bir müddət. Daha sonra "Cast-Met" adı ilə davam etdik
fəaliyyətimizə. "Cast-Met"də dəmir töküm mənasını verir.
- Dəmirdən necə gözəllik yaratmaq olur?
- Dəmir işi qədimdən gələn sənət əsəridir. Əl işlərində ruh
yaranır. Çox adam düşünür ki, dəmiri dəmirə calamaqla nə isə
yaranır. İnsan dəmiri yaratdıqca zövq alır. Bizdə rəssam çəkən hər
bir şeyi düzəldirik.
- Xammal və mütəxəssislər haradan gəlir?
- Xammalı Rusiyadan, Ukraynadan, Qazaxıstandan alırıq.
Mütəxəssislər yerlidir.
- Özünüz yetişdirmisiz?
- Bəli. 12 il bizimlə birlikdə fəaliyyətdə olan mütəxəssislər
var. Dünya bazarına çıxmaq istəyirik. Türkiyədə, Çində fərqli
fabrik zavodlarda olmuşam qərara gəldim ki, bəzək-dekor
aksessuarlarının ştamplarını düzəldək. Buna maliyyə dəstəyi lazım
idi. Çünki, o dəzgahlar çox bahalıdır. Biz öz gücümüzə haradasa bir
milyon dollarlıq dəzgahlar aldıq. Hazırda bizim kompüter proqramı
ilə çalışan 12 dəzgahımız var. O dəzgahlar düzələn detalların press
formaları (qəlib), o sənətkarları yetişdirmək üçün Tailanddan
mütəxəssis - müəllim gətirdim, ayı 5 min dollara. Bunları çox
çətinliklə ərsəyə gətirdim. 3 aydır başlamışıq tam istehsala. Tam
istehsal deyəndə press formaların istehsalını nəzərdə tuturam. Ayda
15 press forma düzəlir. 1 press formanın düzəlməsi bir gündə həmin
detaldan minlərin düzəlməsi deməkdir. Belə deyim, məişətdə
gördüyünüz hər bir şey press formalardan düzəlir. Bu sahə çətindir,
ancaq düzəltmişik. Dəzgahları artırsaq aya 15 yox 50 press formalar
hazırlaya bilərik. Bununla da cəmi bir ildən sonra dünya bazarında
öz sözümüzü deyərik. Türkiyədə olan "Albakalıb" şirkətindən heç də
geri qalmırıq hansı ki, onlar 48 ölkəyə ixrac edirlər. Çinin
hazırlaya bilmədiyi materialları biz hazırlayırıq. Hətta biz Çinin
əlindən müəyyən bazarı ala bilərik.
- Plastikin hökmranlıq etdiyi dönəmdə dəmirə maraq
qalıbmı?
- Hərəsinin öz yeri var. Plastik dəmir qapını, darvazanı,
"besetka"nı, işıq dirəklərini əvəz edə bilməz.
- İstehsal prosesi olduqca maraqlıdır nə əcəb onun özünü
videoçarxlarla təqdim etmirsiniz?
- Biz ayın 19-20-i Bakı Ekspoda inşaat sərgidə iştirak edəcəyik.
Orda klip şəklində bunun necə başa gəldiyi göstərəcəyik. Mən özüm
ilk dəfə görəndə belə, fantastik gəlmişdi.
- Rəqibləriniz varmı və meydanda necə duruş gətirə
bilirsiniz?
- Bu sahədə ştampların düzəlməsində bizim rəqiblərimiz yoxdur.
Yeganə şirkətik ki, Azərbaycanda bəzək dekor əşyalarının
istehsalına başlamışıq. İkinci belə şirkət yoxdur.
- Qiymət siyasətində hansı seqmentə
ünvanlısınız?
- Daxili bazarda rəqabət mümkün ola bilməz. Türkiyənin bu gün
bizə satdığı malın istehsalı bizdə 40 sentə başa gəlir. Xammal
olaraq xarici bazarla qiymət eynidir. Yəqin ki, gələcək də dövlət
də bizə dəstək verər biz xammalı gömrüksüz alaraq xarici bazara
çıxa bilək.
- Hansı dövlət layihələri sizə məxsusdur?
- Xırdalan şəhərində Heydər parkı, Sumqayıt bulvarının yarı
hissəsi bizə məxsusdur. Mingəçevir, Gəncə də Zəfər parkı, Göyçayda,
Binəqədi rayonunda, 6-cı mikrorayonda olan dövlət layihələrinin
dəmir işi bizə məxsusdur. Bu sadəcə bir hissəsidir. Hətta elə
layihələr olub başqa şirkətlər götürüb ancaq öhdəsindən gələ
bilməyiblər, sonda bizə müraciət ediblər. Çünki, o şirkətlərin gücü
yoxdur onu verməyə. Zavod olaraq isə bizim bu gücümüz var.
- İnkişaf strategiyasında hansı planlar
var?
- İnkişafı mən görürəm bəzək-dekorun, ştampların sürətlə
artırılmasında. Bu sonsuz bir sahədir. Dövlət dəstək olmasa da
şəxsi imkanlarımla artıracağam.
- İşinizi çox sevirsiniz?
- Bəli, çox sevirəm. Dünyanın 43 şəhərində olmuşam. Turizm üçün
yox, sırf bu işə görə. Gəzirəm, maraqlanıram.