Jurnalist Xədicə İsmayılova həbs olunub.
Trend-in məlumatına görə, Səbail Rayon Məhkəməsi prokurorluğun
təqdimatı əsasında X.İsmayılovanın barəsində 2 ay müddətinə həbs
qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.
X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə
çatdırma) maddəsi ilə təqsirləndirilir.
Qeyd edək ki, "Azadlıq" radiosunun Azərbaycan bölməsinin
əməkdaşı X.İsmayılova bu gün Bakı Şəhər Prokurorluğuna çağırılıb.
O, "Azadlıq" radiosunun və "Meydan TV"-nin keçmiş əməkdaşı Tural
Mustafayevin intihara cəhd etməsi faktı ilə bağlı başlanmış cinayət
işi üzrə dindirilib.
Xatırladaq ki, oktyabrın 21-də Dənizkənarı Milli Parkda
T.Mustafayev intihar etmək məqsədi ilə siçan dərmanı içib. O, ağır
vəziyyətdə xəstəxanaya yerləşdirilib.