
Nara duz əlavə edib yeməyin - Faydaları
02:00
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
Litva millisinin və Albaniyanın “Vora” klubunun hücumçusu Manfredas Ruzgis “Qarabağ”a keçə bilər.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu mövsüm 32 oyuna 24 qol vuran forvardın çıxışı Ağdam klubunun diqqətini cəlb edib və hazırda transferlə bağlı danışıqlar gedir. "Qarabağ"ın Ruzgisi yeni mövsüm üçün komandanı gücləndirəcək əsas transfer kimi gördüyü bildirilib.
O da qeyd edilib ki, "Vora" 28 yaşlı hücumçunun "Qarabağ"a satışından kifayət qədər yaxşı qazanc əldə edə bilər.
Qeyd edək ki, Manferad Ruzgis daha əvvəl Almaniyanın aşağı liqa klublarında, Lüksemburqun yüksək liqa təmsilçisi "UNA Strassen"də də çıxış edib.
Tarix
2025.05.23 / 01:06
|
Müəllif
Axar.az
|