Yuxarı

Bu ərazilərdə qaz olmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus "Zabrat-Buzovna-Türkan" yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir-bərpa işləri ilə bağlı 23.05.2025-ci il tarixində saat 09:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Zabrat və Məhəmmədi qəsəbələrinin bir hissəsinin, Maştağa qəsəbəsinin, Maştağa-Gülçülük, Savalan, Maştağa-Nardaran yaşayış massivlərinin, Daş Karxanası və Subtropik sovxozu ərazisinin, Maştağa-Ləhic bağlarının, Kürdəxanı kəndinin və ətraf ərazilərin, həmçinin Xəzər rayonunun Buzovna və Şağan qəsəbələrinin, Albalılıq, Atçılıq və Təmənis yaşayış massivlərinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.

Eyni zamanda “Semzavod” QPS-dan qidalanan əhali kollektorunun girişində baypas xətti üzərində quraşdırılmış nasaz siyirtmənin yenisi ilə əvəz olunması məqsədi ilə saat 10:00-dan etibarən Qaradağ rayonunun Sahil və Ümid qəsəbələrinin də qaz təchizatında fasilə yaranacaq.

Tarix
2025.05.22 / 21:34
Müəllif
Axar.az
Digər xəbərlər

Şimali Kiprin daxili işlər naziri Azərbaycana gəldi

Hikmət Hacıyev Belen Martinez Karbonellə görüşdü

Türkiyə MTŞ-dən bəyanat: Bakı-İrəvan razılaşması...

Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşdü

Şahbaz Şərif Azərbaycana gəlir

Növbəti 10-15 ildə Xəzərin səviyyəsi... - Xidmət rəhbəri

Qarabağın Ermənistana birləşdirilməsi… - İşxanyan

İrəvandan Araz çayı ilə bağlı qərar - Bakı nə tələb edirdi?

Hər ay 2 milyon talanır: AMB dərhal reaksiya verməli idi

İsrailin Azərbaycandakı səfirliyində bayraq endirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla