Yuxarı

İrəvandan Araz çayı ilə bağlı qərar - Bakı nə tələb edirdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökuməti Araz çayının yatağından çay qumunun çıxarılmasını qadağan edir.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, “Ermənistan Respublikasında Yerin təki Məcəlləsinə dəyişikliklər və əlavələrin edilməsi haqqında” və “İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihələri təsdiq olunub.

Yerin təki Məcəlləsi ilə sərhədyanı çayların məcrasından çay qumunun çıxarılması qadağan edilib və pozuntulara görə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş minumum əmək haqqının iyirmi misli miqdarında cərimə tətbiq olunub.

Ermənistan mediası yazır ki, hökumətin bu qərarının məqsədi Araz çayının təkindən çay qumunun çıxarılmasının qarşısını almaqdır. Erməni KİV-lər bu qərarı Azərbaycanın tələbinin qəbul edilməsi kimi təqdim edib.

Azərbaycan Ermənistanın regionda törətdiyi ekoloji fəlakətlərin qarşısının alınması istiqamətində işləyir. Araz çayının çirkləndirilməsi və çay qumunun çıxarılması da belə ekosid aktlarından biridir. Çay qumunun çıxarılması çayın məcrasının dəyişməsinə səbəb olur ki, bu da bütövlükdə Cənubi Qafqaz su mənbələrinə zərbə vurur.

Tarix
2025.05.22 / 15:49
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə MTŞ-dən bəyanat: Bakı-İrəvan razılaşması...

Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşdü

Şahbaz Şərif Azərbaycana gəlir

Növbəti 10-15 ildə Xəzərin səviyyəsi... - Xidmət rəhbəri

Qarabağın Ermənistana birləşdirilməsi… - İşxanyan

Hər ay 2 milyon talanır: AMB dərhal reaksiya verməli idi

İsrailin Azərbaycandakı səfirliyində bayraq endirildi - Foto

Azərbaycan XİN İsrailə başsağlığı verdi

Məşhur türk bloger Elgünün qətli ilə bağlı çağırış etdi - Video

İlham Əliyev bu tarixdə Türkiyəyə gedəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla