Yuxarı

ADY sədr müavini Çində səfərdədir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Arif Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdə olub.

Axar.az xəbər verir ki, səfər çərçivəsində ADY nümayəndələri Sian və Çendu şəhərlərində yerləşən quru limanlarının fəaliyyəti və infrastruktur imkanları, həmçinin limanlarda həyata keçirilən müasir logistika həlləri ilə tanış olub, liman rəhbərlikləri ilə görüşlər keçirib.

Görüşlərdə Orta Dəhlizə yüklərin cəlb edilməsi, logistika imkanlarının genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, Sian və Çendu Çinin qərbində yerləşən iki əsas nəqliyyat və iqtisadi mərkəzdir. Bu şəhərlər Orta Dəhliz vasitəsilə Çinlə Avropa arasında ticarət və logistika əlaqələrinin inkişafında mühüm rol oynayır.

Tarix
2025.05.22 / 20:07
Müəllif
Axar.az
Digər xəbərlər

Şimali Kiprin daxili işlər naziri Azərbaycana gəldi

Hikmət Hacıyev Belen Martinez Karbonellə görüşdü

Türkiyə MTŞ-dən bəyanat: Bakı-İrəvan razılaşması...

Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşdü

Şahbaz Şərif Azərbaycana gəlir

Növbəti 10-15 ildə Xəzərin səviyyəsi... - Xidmət rəhbəri

Qarabağın Ermənistana birləşdirilməsi… - İşxanyan

İrəvandan Araz çayı ilə bağlı qərar - Bakı nə tələb edirdi?

Hər ay 2 milyon talanır: AMB dərhal reaksiya verməli idi

İsrailin Azərbaycandakı səfirliyində bayraq endirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla