Yuxarı

Qarabağ atları yenidən Etnoidman festivalında... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda VII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalına start verilib.

Axar.az xəbər verir ki, Dünya Etnosport Konfederasiyası tərəfindən təşkil olunan və bu il ümumilikdə 35 ölkənin iştirak etdiyi festivalda ənənəvi idman növləri və oyunlar, ənənəvi incəsənət, qastronomiya və səhnə sənətləri kimi bir çox mövzu üzrə tədbirlər təşkil olunub.

Ölkəmiz festivalda Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin yüz nəfərdən artıq nümayəndə heyəti, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən qurulan Azərbaycan çadırı və 20 Qarabağ atı ilə təmsil olunur.

Mayın 25-dək davam edəcək festivalda Qarabağ atlarının ümumilikdə 6 çıxışı nəzərdə tutulur.

Tədbirin keçirildiyi Atatürk Hava Limanının ərazisində qurulan çadırımızda Azərbaycanın milli dəyərlərini təmsil edən əşyalar, o cümlədən xalçalar, nəşrlər, kəlağayılar nümayiş etdirilir. Qonaqların böyük marağına səbəb olan Azərbaycan çadırını tədbirin ilk günü mindən artıq insan ziyarət edib.

ARAF-ın prezidenti Elçin Quliyevin də iştirak etdiyi tədbirdə eyni zamanda Mədəniyyət Mərkəzinin “Zəngəzur” Xalq Rəqsləri Qrupunun ifasında milli rəqslərimiz nümayiş olunur.

Qeyd edək ki, türkdilli xalqlara aid atçılıq, oxatma, güləş kimi milli idman növlərinin nümayiş etdirildiyi festivalda hər il fərqli coğrafiyaların özünəməxsus oyunları tanıdılır. 2016-cı ildən etibarən Dünya Etnosport Konfederasiyası tərəfindən ənənəvi olaraq təşkil olunan festivalın builki “Ənənə ailədən başlayır” mövzusu Türkiyədə 2025-ci ilin “Ailə ili” elan etməsini əks etdirir. Bu məqsədlə ailələri birliyə təşviq etmək üçün bu il festival çərçivəsində ilk dəfə “Ailə çadırı” qurulub, xüsusi seminarlar, ənənəvi oyunlar və ailə fəaliyyətləri təşkil edilib.

Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan tədbir haqqında danışaraq bu festivalı təkcə bir idman tədbiri deyil, mədəniyyətin canlanması kimi qiymətləndirib.

Bildirilib ki, 2015-ci ildə Qırğızıstanda fəaliyyətə başladıqdan bəri etnoidman regional səydən beynəlxalq hərəkata çevrilib. Konfederasiya bu gün 42 ölkədən 27 üzv qrupu əhatə edir və tezliklə 60 ölkəyə çatmağı hədəfləyir.

O, rəhbərlik etdiyi qurumun əsas məqsədinin ənənələri qorumaq və gələcək nəsillərə ötürmək olduğunu vurğulayıb.

Tarix
2025.05.22 / 18:31
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə MTŞ-dən bəyanat: Bakı-İrəvan razılaşması...

Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşdü

Şahbaz Şərif Azərbaycana gəlir

Növbəti 10-15 ildə Xəzərin səviyyəsi... - Xidmət rəhbəri

Qarabağın Ermənistana birləşdirilməsi… - İşxanyan

İrəvandan Araz çayı ilə bağlı qərar - Bakı nə tələb edirdi?

Hər ay 2 milyon talanır: AMB dərhal reaksiya verməli idi

İsrailin Azərbaycandakı səfirliyində bayraq endirildi - Foto

Azərbaycan XİN İsrailə başsağlığı verdi

Məşhur türk bloger Elgünün qətli ilə bağlı çağırış etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla