Yuxarı

Daha iki general vəzifədən çıxarıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Hərbi mənbələrdən "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə verilən məlumata görə, Müdafiə Nazirliyinin Rabitə İdarəsinin rəisi general-mayor Fazil Aşumov və Artilleriya idarəsinin rəisi general-mayor Rafiq Hüseynov vəzifələrindən çıxarılıblar.

​Xatırladaq ki, Fazil Aşumov məzuniyyətə göndərilmişdi və məzuniyyət bitdikdən sonra ona vəzifədən çıxarılması elan olunub.

Həmin bu iki generalın yerinə təyinatlar da var. Onların adları yaxın günlərdə bəlli olacaq.(Milaz.info)

Qeyd edək ki, F.Aşumov vəzifədən azad olunana qədər baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun müavini vəzifəsində çalışıb. General-mayor bir müddət əvvəl məhz bu səbəblərə görə məzuniyyətə göndərildiyi bildirilmişdi. F.Aşumov keçmiş müdafiə naziri Səfər Əbiyevin yaxın adamı kimi tanınıb.

General-mayor Rafiq Hüseynov isə bu il Milli Ordu Günündə "Vətən uğrunda" medalı ilə təltif edilmişdi.

Tarix
2013.12.25 / 18:42
Müəllif
Axar.az
Digər xəbərlər

Şimali Kiprin daxili işlər naziri Azərbaycana gəldi

Hikmət Hacıyev Belen Martinez Karbonellə görüşdü

Türkiyə MTŞ-dən bəyanat: Bakı-İrəvan razılaşması...

Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşdü

Şahbaz Şərif Azərbaycana gəlir

Növbəti 10-15 ildə Xəzərin səviyyəsi... - Xidmət rəhbəri

Qarabağın Ermənistana birləşdirilməsi… - İşxanyan

İrəvandan Araz çayı ilə bağlı qərar - Bakı nə tələb edirdi?

Hər ay 2 milyon talanır: AMB dərhal reaksiya verməli idi

İsrailin Azərbaycandakı səfirliyində bayraq endirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla