Yuxarı

Ayaz Mütəllibov dəfn edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:46

Bu dəqiqələrdə Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovla vida mərasimi başa çatıb.

Axar.az xəbər verir ki, eks-prezidentlə vida mərasimi Dövlət Təhlükəsizlik Xidmətinin Şəhriyar adına Mədəniyyət Sarayında gerçəkləşib. İslam dinin qaydalarına uyğun olaraq əvvəlcə dini ayinlər icra olunub. Eks-prezidentin ruhuna dualar oxunub. Daha sonra mərhum prezident dəfn olunmaq üçün birinci Fəxri Xiyabana yola salınıb.

Ayaz Mütəllibovun dəfni bu gün saat 15:00-da Birinci Fəxri Xiyabanda baş tutacaq.

Qeyd edək ki, 84 yaşlı Ayaz Mütəllibov ötən gün dünyasını dəyişib. O, 1991-92-ci illərdə Azərbaycana rəhbərlik edib.

***

Müstəqil Azərbaycanın ilk prezidenti olmuş Ayaz Mütəllibov Birinci Fəxri Xiyabanda dəfn olunub.

Əvvəlcə mərhum eks-prezidentin ruhuna dualar oxunub.

Daha sonra din xadimi "Yasin" surəsindən ayələr səsləndirilib.

Dəfn mərasimində Ayaz Mütəllibovun ailə üzvləri, doğmaları, eləcə də tanınmış ictimai-siyasi xadimlər də iştirak ediblər.

Tarix
2022.03.28 / 14:43
Müəllif
Axar.az
Digər xəbərlər

Şimali Kiprin daxili işlər naziri Azərbaycana gəldi

Hikmət Hacıyev Belen Martinez Karbonellə görüşdü

Türkiyə MTŞ-dən bəyanat: Bakı-İrəvan razılaşması...

Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşdü

Şahbaz Şərif Azərbaycana gəlir

Növbəti 10-15 ildə Xəzərin səviyyəsi... - Xidmət rəhbəri

Qarabağın Ermənistana birləşdirilməsi… - İşxanyan

İrəvandan Araz çayı ilə bağlı qərar - Bakı nə tələb edirdi?

Hər ay 2 milyon talanır: AMB dərhal reaksiya verməli idi

İsrailin Azərbaycandakı səfirliyində bayraq endirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla