Yuxarı

Dollarla kreditlərə hansı güzəştlər edilə bilər? – Rəy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dollarla kreditlərə hansı güzəştlər edilə bilər? – Rəy

Hazırda dollarla olan kredit borcları ilə bağlı məsələdə yaranmış problemi aradan qaldırmaq üçün iki mühüm metoddan istifadə edilə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert Mərkəzi Bankın üzən məzənnə siyasətinə keçməsindən sonra dollarla götürülən kreditlərin qaytarılması məsələsində güzəştin vacibliyini bildirib:

"Bununla bağlı fərqli ölkələrdə müxtəlif modellər var. Bu ilin əvvəlində 10000 dollar kredit götürən vətəndaşın kreditinin həcmi manatla ifadədə 7800 manat idisə, hazırda bu məbləğ 15550 manatdan artıqdır. Praktik olaraq nəzərə alaq ki, bu müddət ərzində heç bir sektorda əmək haqlarının iki dəfə artımı müşahidə edilməyib. Deməli, bu halda xarici valyuta ilə kredit götürənlərin əksəriyyətinin ödəmə qabiliyyəti zəifləyəcək. Çünki gəlirlərlə xərclər arasında kəskin fərq yaranıb. Bu baxımından Mərkəzi Bank məsələyə müdaxilə edə bilər".

İqtisadçı dövlət tərəfindən məsələyə müdaxilədə iki mühüm metod təklif edib:

"Birincisi, Qazaxıstanda olduğu kimi, kompensasiya mexanizmindən istifadə edilə bilər. Yəni devalvasiya əsasında yaranan fərq MB tərəfindən qarşılanmalıdır. Belə ki, fərq hesablanır və dövlət tərəfindən birbaşa banklara kompensasiya edilir. Vətəndaş isə kreditini əvvəlki məzənnə ilə ödəyir. Dollarla olan kreditlərin həcminin 7 milyarddan artıq olduğunu nəzərə alsaq, bütün xərclərin dövlət tərəfindən qarşılanması indiki məqamda mümkünsüz görünür. Ona görə digər, daha real varianta baxmaq lazım gəlir".

V.Bayramov real təklif kimi Rusiya mexanizmindən istifadəni görür:

"Rusiyada xarici valyuta ilə kredit götürənlərə güzəşt dövrü verildi. Vətəndaş isə 5 il müddətində kreditini hissə-hissə qaytarır. Bu, daha real güzəşt variantıdır".

Ekspertin sözlərinə görə, bu məsələdə qərarsızlıq olarsa, 2016-cı ildə banklarda ciddi problemlər yaranar:

"Banklar süni şəkildə problemli kreditlərin qeydiyyat müddətini uzada bilər. Ancaq bu müddətdə problemli kreditlərin həcmi artacaq, bankların gəlirlilik səviyyəsi kəskin aşağı düşəcək. Bu isə bir neçə həssas bankın müflis olmasi ilə nəticələnəcək".

Tarix
2015.12.28 / 10:59
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla