Yuxarı

Yeni Kaledoniyada yenidən bayrağımız dalğalandı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 23-24-də Kanakidə (Yeni Kaledoniya) Fransa müstəmləkəsi olan əraziləri özündə birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin ilk konqresi keçirilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, konqresdə Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelup, Fransız Qvianası və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan parlamentarilər, siyasi partiyalarının liderləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai hərəkatların başçıları və digərləri iştirak edib.

Bakı Təşəbbüs Qrupunun nümayəndələrinə Konqresdə iştirak üçün viza verilməməsi səbəbindən təşkilat sözügedən konqresin işinə onlayn qatılıb. Bu xüsusda, BTQ-in rəhbəri Abbas Abbasov konqresdə video-formatda çıxış edib.

O, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Kanak xalqına qarşı törədilmiş cinayətləri açıq şəkildə pislədiyini və müstəmləkə altında olan regionlara dəstəyini ifadə etdiyini xatırladıb.

Kanak xalqı minnətdarlıq əlaməti olaraq Azərbaycan bayrağını yenidən paytaxt Numea şəhərində ucaldıb.

Xatırladaq ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi 2024-cü ilin iyulunda Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Bakıda Fransanın son koloniyalarının nümayəndələri tərəfindən yaradılıb.

Tarix
2025.01.25 / 13:27
Müəllif
Axar.az
Digər xəbərlər

“Xankəndi Azərbaycandır” sözünə Batya niyə təəccüblənib ki!

Sərhəddəki kəndlər boşaldılır, əhali qaçır – Akopyan

Tramp İran xalqını təriflədi, Tehrana xəbərdarlıq etdi

ABŞ siyasətçisi Baydenin erməni oyununu ifşa etdi

Paşinyanı sakitləşdirin, yoxsa... - Lukaşenko

Paşinyanın Bakıdakı məhkəmə ilə bağlı iddiasına - XİN-dən cavab

Ərdoğan öz ad günündə Xocalıya gələcək…

XİN bu ölkəni təbrik etdi

İlham Əliyev Avstraliya general-qubernatorunu təbrik etdi

Əsas Bakı və Ankara ilə əlaqələrdir - Georqobiani

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla