Yuxarı

Prezidentdən Kamal Abdulla ilə bağlı – Sərəncam

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamı ilə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, yazıçı, akademik, Əməkdar elm xadimi Kamal Abdulla "xalq yazıçısı" fəxri adına layiq görülüb.

Kult.az xatırladır ki, Kamal Abdulla 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib. 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

2000-2014-cü illərdə Bakı Slavyan Universitetinin rektoru, 2010-2014-cü illərdə AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibi, 2014-2017-ci illərdə Azərbaycan Respublikası Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifələrini daşıyıb.

2017-ci il 1 iyun tarixindən Azərbaycan Dillər Universitetinin rektorudur.

O, “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox...” romanlarının, şeirlər və hekayələr toplularının müəllifidir.

Dram əsərlərindən ibarət Azərbaycan, rus, türk dillərində bir neçə kitabı nəşr olunub. “Unutmağa kimsə yox...” (1995), “Ruh” (1997), “Все мои печали” (2009) adlı pyesler toplusu var.

“Gümüş dövrün sirləri” tərcümələr toplusunun (rus poyeziyasının “gümüş dövr şairlərinin şeirlərinin tərcüməsi) müəllifidir (2001). “Kədərli seçmələr” (2002) adlı kitabında esseləri, şeirləri, hekayələri, tərcümələri, pyesləri toplanıb.

“Hekayələr” (2009), “Labirint” (2012), “Sirri-zəmanə” (2014), “Edam vaxtını dəyişmək olmaz” (2017) adlı hekayələr toplusu çap olunub. “Yarımçıq əlyazma” romanı Bakıda ilk dəfə 2004-cü ildə çap edilib. Roman Azərbaycanda 2013-cü ildə təkrar nəşr edilib.

Müəllifin öz məktəb həyatından bəhs edən “Tarixsiz gündəlik” povesti 2005-ci ildə Bakıda çap edilib. 2007-ci ildə bu povest "Открывая друг друга" adlı topluda “Дневник с заметками на полях” adı ilə rus dilində çap edilib. “Tarixsiz gündəlik” povesti 2007-ci ildə Heydər Əliyev Fondunun və Fondun rəhbəri, Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Əsərlər toplusu" adlı kitabda dərc edilib. 2007-ci ildə povest "Един към друг" adlı topluda “Дневник с бележки в полетата” adı ilə bolqar dilində çap edilib.

Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub.

Qeyd edək ki, Kamal Abdulla 3 dekabr 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Tarix
2019.05.25 / 14:35
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Şimali Kiprin daxili işlər naziri Azərbaycana gəldi

Hikmət Hacıyev Belen Martinez Karbonellə görüşdü

Türkiyə MTŞ-dən bəyanat: Bakı-İrəvan razılaşması...

Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşdü

Şahbaz Şərif Azərbaycana gəlir

Növbəti 10-15 ildə Xəzərin səviyyəsi... - Xidmət rəhbəri

Qarabağın Ermənistana birləşdirilməsi… - İşxanyan

İrəvandan Araz çayı ilə bağlı qərar - Bakı nə tələb edirdi?

Hər ay 2 milyon talanır: AMB dərhal reaksiya verməli idi

İsrailin Azərbaycandakı səfirliyində bayraq endirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla