Yuxarı

Banklar müştəri itkisi ilə üz-üzə

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Banklar müştəri itkisi ilə üz-üzə

"İpoteka haqqında qanunvericiliyə görə, ilkin ödəniş məbləğinin müəyyən edilməsi müvəkkil bankların öhdəliyinə verilib".

Bu barədə Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov son aylar ipoteka kreditləri ilə alınan mənzillərin ilkin ödənişinin artırılması məsələsinə aydınlıq gətirərkən deyib.

"Son zamanlar ipoteka kreditlərinə tələbat artıb. Keçən rübə nəzər salsaq, təxminən 557 milyon manata yaxın kredit verilib. Söhbət dövlət xətti ilə verilən kreditlərdən gedir. İpoteka kreditinin təminatı daşınmaz əmlakdır. Növbəti dövr üçün daşınmaz əmlak bazarında formalaşmış balonların partlaması ehtimalı böyükdür. Real tələbin azalması qiymətləri ucuzlaşdıracaq. Eyni zamanda kredit götürən öz öhdəliyini yerinə yetirə bilməsə, bank daşınmaz əmlakı bazara çıxara və daha aşağı qiymətlə sata bilər. Buna görə də banklar ilkin ödəniş məbləğini artırmaqla qarşıda yaranacaq problemi bir növ qabaqlamağa cəhd göstərir və aylıq ödəniş məbləğini mümkün qədər aşağı tutmağa çalışırlar. Ümumilikdə götürdükdə bu proses banklar tərəfindən risklərin minimizə edilməsi kimi də başa düşülə bilər", - ekspert deyib.

İqtisadçının sözlərinə görə, ipoteka kreditlərinin verilməsinə maraqsızlıq, aşağı faiz və məbləğin geri qaytarılmama qorxusu bank sektorlarını bu addımı atmağa vadar edib:

"Konstitusiya Məhkəməsinin mayın 15-də verdiyi qərardan sonra bankların hansısa formada bu məbləğləri indeksləşdirməsi məhdudlaşdırlıb. Bu da təhlükəni önləmək məqsədi daşıyırdı. Ancaq ipoteka kreditlərinə tələbin yüksək olması səbəbindən banklar növbəti dövrlərdə ipoteka vəsaitlərinin yerləşdirməsində ciddi problemlərlə qarşılaşmayacaqlar. Ancaq müştəri itirmək təhlükəsi yarana bilər. Bütün bunları nəzərə alaraq Mərkəzi Bankda ipoteka strategiyasının yenidən işlənib-hazırlanması istiqamətində işlər gedir. Proqram hazırlanaraq son qərar üçün Nazirlər Kabinetinə göndərilib".

Qeyd edək ki, Azərbaycanda bir sıra banklar ipoteka krediti üzrə ilkin ödənişləri 2,5-3 dəfə artırıblar. Azərbaycan İpoteka Fondunun (AİF) minimum tələbinə əsasən, adi kreditlər üçün ilkin ödəniş 20 faiz, sosial ipoteka üçün isə 15 faiz həcmində müəyyənləşdirilib.

Tarix
2015.06.06 / 09:42
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla