Yuxarı

Rac Kapuru Bakıda necə aldadıblar?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hind kinosunun memarlarından sayılan Rac Kapur 1956-cı ildə Hind Filmləri Festivalında iştirak etmək üçün Bakıya gəldiyi zaman bir çox maraqlı hadisələr yaşanıb.

Axar.az Moderator.az-a istinadən böyük aktyor Rac Kapurun Bakıya gəlişi ilə bağlı 2 maraqlı xatirəni təqdim edir:

Birinci xatirə

Rac 1956-cı ildə Bakıya gələndə dostu Rəşid Behbudovun evində qalmaq istəyir. Buna görə Azərbaycan MK-nın rəhbərləri Azərbaycan Tarix Muzeyini bir neçə saata ev halına salaraq Rəşid Behbudovun evi kimi təqdim edirlər. Rac Kapur Azərbaycanın ev halına salınmış ən baxımlı binasına girəndə təəccüblənərək Rəşid Behbudova deyir:

"Dostum, mən elə bilirdim ki, sənin kimi dünya şöhrətli insan saraylarda qalır, amma bizdə ən adi artistin belə evi var!".

İkinci xatirə

Rac Kapur Bakıya gələn vaxt Hind Filmləri Festivalı çərçivəsində öz ölkəsinin ekran məhsulları ilə bərabər, Azərbaycanın da bir kinosunu izləmək istəyir. Həmin vaxt onların qrupunda görkəmli rejissor Hüseyn Seyidzadə də yer alır. Rac Kapura da elə onun çəkdiyi "O olmasın, bu olsun" filminə baxmağı məsləhət görürlər. O, filmə baxandan sonra sözün yaxşı mənasında heyrətini gizlədə bilmir. Hüseyn Seyidzadəyə deyir ki, sən Hindistana gəl, səni milyonçu edim. Amma rejissor bu təklifi qəbul etmir.

Qeyd edək ki, "Avara", "Cənab 420" və başqa filmlərlə az qala bütün dünyada tanınan Rac Kapur hind kino tarixinin ən önəmli simalarındandır.

Tarix
2016.07.18 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

Overçuk Nikola tay deyil, Putin gəlsin - Gevondyan

Ermənistan “qırmızı xətlər"ə hörmət etdiyini deyir – Arakçı

Tramp 907-ci maddənin fəaliyyətini dayandırdı - Foto

Qardaşımın nəşi indiyədək tapılmayıb - Zərərçəkmiş şəxs

Overçuk Zəngəzura görə İrəvana gəlir

Ukraynaya növbəti humanitar yardım göndərildi

İrəvan seçim etməli olacaq - Rusiyadan xəbərdarlıq

Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı gözlənilməz: Dəstək verdi

Ermənistanda missiyamız davam edəcək - AB

İran dayanmır: Növbəti Zəngəzur açıqlaması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla