Yuxarı

Millət vəkili Orxan Fikrətoğlunu təbrik etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili Orxan Fikrətoğlunu təbrik etdi

MM-nın Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu ilə görüşüb.

Kult.az xəbər verir ki, millət vəkili O.Fikrətoğlunu yubileyi münasibətilə təbrik edib, yeni uğurlar arzulayıb.

“Sizi – tanınmış yazıçı, ssenarist, rejissor və jurnalisti 55 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Sizin ziyalılığınız, peşəkarlığınız, xəlqi duyğu və düşüncələri çağdaş çağırışlarla uyumlu şəkildə sənətdə əks etdirməniz oxucu və tamaşaçılarımıza yaxşı məlumdur.

Siz müxtəlif dövrlərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının, Dövlət Kino Komitəsinin, “AzərTelefilm”in, “Günay” qəzetinin baş redaktoru, dövlətlərarası MİR teleşirkətinin direktor müavini, “Mozalan” satirik kinojurnalının direktoru və ANS-in baş icmalçısı olmusunuz. Hazırda pedaqoji fəaliyyətinizi davam etdirməklə yanaşı, ATV-də veriliş aparıcısısız.

Sizin pyesləriniz ölkə teatrlarında səhnələşdirilib. Müəllifi olduğunuz əsərlər oxucuların geniş marağına səbəb olub. Bir sıra ödüllərə layiq görülmüsüz.

Sizi bir daha təbrik edir, ən xoş diləklərimizi yetiririk!” – millət vəkilinin Komitə adından təqdim etdiyi təbrik məktubunda bildirilib.

Komitə sədri yubilyara üzərində “Qarabağ Azərbaycandır!” yazılı qol saatı və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Görüşdə RHİMİB sədri Arzu Bağırova iştirak edib.

Tarix
2021.03.17 / 10:38
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan və Pakistan XİN başçıları danışdı

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesdə yer almır

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

Şahbaz Şərif bacardı: “İslamabad prosesi” başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla