Yuxarı

Bu il çərşənbə tonqalını şəhidlərimiz qaladı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu il çərşənbə tonqalını şəhidlərimiz qaladı

Bu il kəndimizdə bayram ocağı çatılmadı.

Bu il cənublu qardaşlarımızla ocaq dilində, alov dilində, Zərdüşt dilində danışmadıq.

Kəndimizi əhatə edən Qala susdu, Şahmaruçan da susdu, Sahal da susdu.

Türk qüdrətini minillərlə nümayiş etdirən əzəmətli, möhtəşəm dağlar, təpələr də susdu.

Bu il həyətlərdə ocaqlar qalanmadı. Uşaqlar da böyüklərlə bərabər ehtiram göstərdilər. Hər il Axırçərşənbəyə bir ay qalmış kəndin uşaqları il boyu toplayıb saxladıqları təkərləri, odun parçalarını min bir əziyyətlə daşıyıb kəndimizin möhtəşəm, uca Qala dağının, Şahmaruçanın, Sahalın buludlara çatan zirvəsinə yığar, çərşənbə axşamı qalayardılar. Və səbrsizliklə sərhəddin o tayında, Cənubi Azərbaycanda olan qardaşlarımızın da Savalana bitişik uca dağların zirvəsində ocaqlarını çatmasını gözləyərdilər. O tayda da ocaqlar çatılanda sevincdən atılıb düşər, yurdumuzun bu ili də qəza-qədərsiz, ağrı-acısız, ölüm-itimsiz keçirdiyindən sevinər, şadlıq edər, bir-birini təbrik edərdilər. Beləcə güneydəki qardaşlarımızla alov dilində danışar, əhvalımızdan xəbər tutar, dərdləşərdik.

Sərhəddin bir tərəfində ocaq qalanmadıqda həmin ildə yurdumuzun bir tayında sıxıntı, ölüm-itim olduğundan xəbər tutar, qardaşlarımızin dərdinə biz də şərik olardıq.

İllərlə belə danışdıq, belə dərdləşdin, bir-birimizdən belə xəbər tutduq. Nə sovetin sərt qanunları, nə fars şovizmi, nə rejimin güllələnmə qorxusu, nə də irticanın dar ağacı bizi qorxutdu. Yolumuzu bağlasalar da, bizi bir birimizə həsrət qoysalar da, əlaqə üçün yollar tapdıq, ocaq dilində, alov dilində danışdıq, Zərdüşt dilində bir-birimizdən xəbər tutduq...

Builki Axırçərşənbədə orda ocaq qalanmadı, od çatılmadı. Cənublu qardaşlarımız da kədərimizə şərik, dərdimizə həmdərd oldular. Hər il Axırçərşənbədə dağlarda şölələnən ocaqlar bu il qəlblərdə çatıldı. Bu il ocaqlarımızı kəndimizin igidləri - Əliqismət Yaqublu, Samir Şükürov, İman və Bəhram Məmmədzadə qardaşları, Ramiq Tağıyev, Babazeynal Babazadə, Çingiz Babayev, Tural Əhədov,.. qaladı... Və kəndimizin igidlərinin çatdığı bu ocaqlar təkcə Lerikdə, Zuvand dağlarında deyil, bütün Azərbaycanda göründü, bütün dünyaya işıq saldı. Qəlblərdə qalandı bu Məşəl. Əbədi və sönməz Məşəl.

Bu məşəli ŞƏHİDLƏR qaladılar...

Tarix
2021.03.17 / 13:27
Müəllif
Etibar Muradxanlı
Digər xəbərlər

Azərbaycan və Pakistan XİN başçıları danışdı

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesdə yer almır

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

Şahbaz Şərif bacardı: “İslamabad prosesi” başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla