Yuxarı

"Təcavüzkar ermənilərin başı sığallanır..."

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Təcavüzkar ermənilərin başı sığallanır..."

Aprelin 2-dən başlayaraq erməni silahlı qüvvələrinin Dağlıq Qarabağda törətdikləri növbəti təxribatları diqqətlə izləyirəm. Ermənistan Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib, bu ölkə ərazisinin 20 faizi deməkdir.

Bu fikirləri AzərTac-a müsahibəsində özbək şairi və tərcüməçi Şəhla Qasımova deyib.

O bildirib ki, 1991-1994-cü illərdəki qanlı müharibədə Azərbaycan 20 min şəhid verib, 1 milyon vətəndaşı qaçqın və məcburi köçkünə çevrilib. Hazırda onlar Azərbaycanın müxtəlif rayonlarında doğma torpaqlarının həsrəti ilə yaşayırlar. Azərbaycanda çoxlu dostlarım var. Həm onların vasitəsi ilə, həm də sosial şəbəkələrdə müntəzəm olaraq bu haqda materiallar oxuyuram. Onu da bilirəm ki, 1994-cü ildən tərəflər arasında sülh müqaviləsi imzalanıb, elə o vaxtdan da danışıqlar gedir, nəticəsi isə ermənilərin qeyri-konstruktiv mövqeyinə görə hələ ki, yoxdur. Danışıqlar qeyri-müəyyən vaxta qədər uzana bilməz axı.

Ş.Qasımova vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması və qaçqınların öz dədə-baba torpaqlarına qaytarılması ilə əlaqədar 4 qətnamə qəbul edib, bir sıra digər sənədlər qəbul olunub. Amma nə BMT TŞ, nə də ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər təcavüzkara güldən ağır söz demir. Necə olur ki, BMT TŞ digər ölkələrlə bağlı analoji qərarlar qəbul etdikdən sonra mexanizmlər işə düşür, ancaq Azərbaycana gəldikdə bu baş vermir, az qala təcavüzkarın başı sığallanır.

Özbək şairi və tərcüməçi deyib ki, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyinin qorunmasını, öz əzəli torpaqlarının geri qaytarılmasını istəyir. Ermənistan isə görünür Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq arzusundadır.

Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan çoxmillətli ölkədir, burada bütün millətlərin nümayəndələri sülh şəraitində yaşayır, ermənilər də yaşaya bilərlər.

Ş.Qasımova deyib ki, ermənilər öz təcavüzkar əməllərindən əl çəkib torpaqları əsil sahibinə qaytararsa hər iki xalq rahat, sülh və əmin-amanlıq şəraitində yaşayar.

Tarix
2016.04.10 / 01:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla