Yuxarı

Arif Quliyevin 66-sı - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arif Quliyevin  66-sı - Video

Bu gün xalq artisti Arif Quliyevin doğum günüdür.

Axar.az xatırladır ki, Arif Quliyev 1950-ci il mayın 14-də Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulub. 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib.

Aktyorun "Şans", "Bığ əhvalatı", "Lift əhvalatı", "Yarımştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" kimi bədii filmlərdəki obrazları hələ də maraqla qarşılanır.

Arif Quliyev 1982-ci ildə Respublika Gənclər mükafatına, 1988-ci ildə əməkdar artist fəxri adına, 1993-cü ildə "Humay" mükafatına, 1994-cü ildə xalq artisti fəxri adına layiq görülüb.

O, 2006-cı ildə teatrda qazandığı uğurlara görə "Qızıl Dərviş" mükafatı alıb.

Tarix
2016.05.14 / 16:53
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

Prezident onları işdən çıxartdı

Dron hücumunda yaralanan azərbaycanlı danışdı - Video

Milli Məclisdən CNN-ə: Sübut təqdim et!

Davkovadan Əliyevə: Qəti şəkildə inanıram...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla