Çox yaxın zamanda Krımdan bəzi hərbi hissələrin
evakuasiya edilməsi barədə qərar qəbul ediləcək.
Verilən məlumata görə, bu
barədə Ukrayna Ali Radasının müdafiə naziri təyin etdiyi İqor
Tenyux məlumat verib. Tenyuxun sözlərinə görə Ukrayna tərəfi hərbi
hissələrin yerləşdirilməsinə hazırdır.
Əvvəlcə xəbər verildiyinə görə, Krımda xidmət keçən Ukrayna
hərbiçilərinə səlahiyyət verilib ki, istəklərindən asılı olaraq RF
hərbi hissələrində qulluqlarını davam etdirsinlər və xidmətlərini
bitirəndən sonra Krımda qalaraq yaşasınlar. Krımdakı Ukrayna hərbi
hissələrində qulluq edənlər isə xidmətdən sonra mütləq Ukraynaya
qayıtmalıdırlar.
22 martda RF Müdafiə Nazirliyi məlumat yayıb ki, Krımdan
Ukraynaya 18 min hərbi qulluqçudan yalnız 2 mini qayıtmaq fikrində
olduğunu bildirib. 22 mart tarixinə qədər Krımda yerləşdirilən 189
Ukrayna hərbi hissələrində RF - nın bayrağı qaldırılıb
("Aznew.az").