Yuxarı

Təyyarə ilə səfər edənlərin sayı nə qədərdir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il dünyada təyyarə ilə səyahət edənlərin sayı rekord həddə çatıb. Belə ki, aviaşirkətlərin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2016-cı ildə 6,3 faiz artaraq 3,7 milyard nəfər təşkil edib.

Azərtac xəbər verir ki, bu məlumatı mərkəzi qərargahı Cenevrədə yerləşən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) bütün aviaşirkətlərin statistikası əsasında yayımlayıb. Sərnişinlərin sayının artmasına təyyarə qiymətlərinin ucuzlaşması da müsbət təsir göstərib. 2015-ci illə müqayisədə 2016-cı ildə təyyarə qiymətləri orta hesabla 44 ABŞ dolları ucuzlaşıb. Ümumilikdə 700 yeni istiqamət üzrə reyslərin açılması da daha bir faktor kimi sərnişin statistikasında öz əksini tapıb.

İATA-nın rəhbəri Aleksandr de Yuniac hökumətləri aviasiya sənayəsi ilə əməkdaşlığı gücləndirməyə çağırıb. O qeyd edib ki, getdikcə artan sərnişin kütləsinin idarə edilməsi üçün müvafiq infrastruktur inkişaf etdirilməlidir. Bu şərtin təmin olunduğu təqdirdə inkişaf və yeni iş yerləri üçün böyük potensialdan yararlanmaq, sərnişin bumunu sabit vəziyyətdə saxlamaq mümkün olacaq.

İATA-nın "qanadları" altında 260-dək aviaşirkət birləşib. Həmin aviaşirkətlər dünya üzrə bütün uçuşların 80 faizini həyata keçirir.

Tarix
2017.02.03 / 01:09
Müəllif
Axar.az
Digər xəbərlər

Gec-tez təklifimizlə razılaşmağa məcbur olacaqlar - Əliyev

Lavrova İrəvanda şok: “Putin qatildir” şüarı ilə qarşılandı

Bakıda mühüm tədbir keçirildi

Əliyevlə Orban mətbuata birgə bəyanatla çıxış etdi - Foto

Numan Qurtulmuş Ədalət Vəliyevlə görüşdü

Əliyevlə Orbanın geniş tərkibdə görüşü oldu - Foto

Macarıstanın tələbatı səviyyəsində qaz təminatı... - Prezident

Bu, Putinin 3-cü müharibəsidir: İlk ikisində necə oldusa…

Macarıstanla Azərbaycanın oxşarlığı... - Prezident sadaladı

Ermənistanla sülhün imzalanması üçün 2 şərt var...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla