Yuxarı

Gürcüstanın baş naziri Trampla görüşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanın baş naziri Trampla görüşdü

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Vaşinqtona səfəri çərçivəsində ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pens ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat verib.

"Mayk Pens ilə görüşdə strateji əməkdaşlığın əsas məsələləri və münasibətlərin gələcək perspektivləri nəzərdən keçirilib”, - məlumatda deyilir.

Donald Trampla görüşündən sonra Georgi Kvirikaşvili bildirib ki, rəsmi Vaşinqton strateji tərəfdaş qismində Gürcüstanı dəstəkləməkdə davam edəcək və iki ölkə arasında münasibətlər daha da dərinləşəcək.

Qeyd edək ki, G.Kvirikaşvili ABŞ vitse-prezidentinin dəvəti ilə Vaşinqtonda səfərdədir. Gürcüstan nümayəndə heyətinə həmçinin xarici işlər naziri Mixail Canelidze, onun müavini David Zalkaliani və baş nazirin müşaviri Tedo Caparidze daxildir.

Tarix
2017.05.09 / 00:20
Müəllif
Axar.az
Digər xəbərlər

Kürd qruplaşmaları azərbaycanlılara çağırış etdilər

Azərbaycan AB-nin xüsusi diqqətinə layiqdir - Leterm

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

ABŞ-ın İrana qarşı 2 planı alınmadı - C planı işə düşdü

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

XIII Qlobal Bakı Forumu başa çatdı

Yaxın Şərqdə münaqişə çox uzun çəkəcək, buna hazırlaşın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla