Yuxarı

Kiriçuk: “Əliyevin həyatı Rusiyada dərslik olmalıdır” - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kiriçuk: “Əliyevin həyatı Rusiyada dərslik olmalıdır” - Video

Mən Buryatiyadan olan senator Arnold Tuloxonovun Heydər Əliyevə Baykal Amur Magistralının stansiyalarından birində heykəl qoymaq təşəbbüsünü dəstəkləyirəm.

Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Federasiya Şurasının regional siyasət, yerli özünüidarəetmə və Şimal işləri üzrə komitəsinin sədr müavini Stepan Kiriçuk söyləyib. Onun sözlərinə görə, Heydər Əliyev SSRİ dönəmində möhtəşəm liderlər sırasında olub.

"Heydər Əliyev Siyasi Büro tərəfindən dəmiryolları üzrə kurator təyin olunanda mənim müdirim gənc oğlan idi. Heydər Əliyevin ayda bir dəfə keçirdiyi məşvərətlərinə qulaq asırdım, qarşımızda vəzifələr qoyurdu. O zaman bu təyinata skeptik yanaşırdıq. Mən indiyə qədər hansısa nazirin tamam başqa ixtisasdan təyin olunduğunu eşidəndə çox narahat oluram. Onun kurator təyin olunmasına da eynən bu cür yanaşırdım. Lakin onun ilk qərarları, ilk fəaliyyəti bütün şübhələri dağıtdı, göstərdi ki, bu adam öz bilik və imkanları ilə Siyasi Büro üzvü və SSRİ rəhbərlərindən biri kimi dəmiryolu sahəsində qərarlar vermək qabiliyyətində olan möhtəşəm dövlət adamıdır. Heydər Əliyev sayəsində SSRİ-də dəmiryolları sistemi effektiv çalışırdı. O, bizim özünəməxsus akkumulyatorumuz idi, hamımızı ümumdövlət işləri ilə yükləyirdi. Mən indiyə qədər bu insanı xatırlayıram və anlayıram ki, gərək başqalarına onun necə işlədiyi haqqında danışasan. Bu gün onun həyatı böyük dövlətin necə idarə edilməsi ilə bağlı dərslik olmalıdır. Mən Buryatiyadan olan senator Arnold Tuloxonovun Heydər Əliyevə Baykal Amur Magistralının stansiyalarından birində heykəl qoyulması təşəbbüsünü dəstəkləyirəm. Bu cür abidənin açılması bizi birləşdirəcək".

Tarix
2016.02.26 / 16:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla ABŞ-ın bu fəaliyyəti hələ yeni başlayır

Samirə Əfəndi: Qazaxıstanda məni öldürüb atsaydılar... - Video

Xələf Xələfov Hakan Fidanla görüşdü

Vardanyanın məhkəməsi: onların ifadələri dinlənildi

30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydı

Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə görüşdü

İlham Əliyevlə Bruney Sultanı arasında məktub mübadiləsi...

Azərbaycan-Gürcüstan birgə şirkəti bu tenderdən kənarlaşdırıldı

ABŞ Azərbaycan qazının satılmasının qarşısını alıb?

Qazaxıstan AZAL təyyarəsi ilə bağlı daha bir açıqlama yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla