Apteklərin ən çox alınan
dərmanı hesab edilən aspirinin ilk satışından bu gün 110 il
ötür.
Axar.az xəbər verir ki, 1001
dərdin dərmanı olan Asetilsalisilli turşuna maraq Aspirin Kardionun
bazara buraxılmasından sonra sürətli şəkildə azalsa da, ən çox
satılan dərmanlar reytinqində öz yerini qoruyub
saxlamaqdadır.
Dərman preparatı temperatur salan, qan duruldan təsirə
sahibdir.
Dərmanın kəşfi
Alman kimyaçısı Feliks Hofman tərəfindən 1897-ci ildə sintez
edilib. Ona 6 mart 1899-cu ildə patent alıb. Hofman revmatizmdən
əziyyət çəkən atasınına kömək üçün dərman tipi axtarakən aspirini
kəşf edib. Dərmanın dünyada ilk satışı isə 1905-ci il 30 oktyabrda
həyata keçirilib. Hazırda Asetilsalisilli turşusu satışda Aspirin
adı ilə tanınır.
Preparatın faydaları
Sızanaqlar və civzələrin aradan qalxması;
bağırsaq xərçəngi riskini azaltması;
ürək-damar xəstliklərinin profilaktikası;
qan qatılığının tənzimlənməsi;
Qeyd edək ki, hər bir dərmanda olduğu kimi preparatın əks
təsirləri olduğundan hamilə qadınların istifadəsi təhlükəlidir.
Preparatdan yalnız həkimin məsləhəti ilə istifadə edilə
bilər.