Yuxarı

Sabah Xankəndidə bayram konserti olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə Xankəndidə möhtəşəm bayram konserti keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı məlumat verib.

Xankəndi şəhərindəki Zəfər meydanında hazırlıq işləri gedir.Sabah Xanın kəndində atəşfəşanlıq da olacaq.

Qeyd edək ki, 2023-cü il 19-20 sentyabr antiterror əməliyyatından - Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından 2 il keçir. 44 günlük Vətən Müharibəsi ilə başlanan yeni mərhələ 23 saatlıq antiterror əməliyyatı ilə tamamlandı və Azərbaycan dövlət suverenliyini bütün ərazilərdə tam bərpa etdi. Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə bayrağımız ucaldıldı. Prezident, Ali Baş Komandan İlham Əliyev 2023-cü ildə bu şəhərlərdə Dövlət Bayrağını qaldıraraq ərazi bütövlüyümüzün tam bərpa olunduğunu dünyaya bəyan etdi.

Tarix
2025.09.19 / 22:07
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan nümayəndə heyəti ilə Bakıya gəldi - İlk dəfə

Ruanda prezidenti Azərbaycana gəldi

Şərhlərə görə həbslər – Azərbaycan neçənci yerdədir?

Bakı 14 tələbəni Qəzzadan təxliyə etdi - Foto

Bakıdan İrəvana getdi

Bu orden 33 ildir heç kəsə verilməyib: İlham Əliyev alsın!

Türkiyə-Rusiya ittifaqı? - Baxçalının təklifi ölkəni silkələdi

20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir

Ayfon-17-lərin Bakıdakı qiyməti – Tam siyahı

Azərbaycanla strateji addımlar atırıq – İrandan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla