Əlimərdan bəy Topcubaşovun böyük qızı Sara
Topcubaşovadan 2 nəvəsi olub, Zarifə və Gulnara. 93 yaşlı Gülnara
Kürdəmir bizi İstanbulun qədim məkanlarından olan Cahangirdəki
evinə dəvət etdi. Bizi sevimli pişiyi ilə qapıda qarşıladı. Evdə
olan bütün əşyaları, xüsusilə ağ, qara şəkillər uzun illəri
sığdırmıştı ovuclarına. Gözləri gülürdü Gulnara xanımın. Açığı,
belə qarşılanacağımızı gözləmirdik. Səmimi, təvazökar və 93 yaşı
olmasına baxmayaq, olduqca sağlam görünürdü. Saatlarla söhbət etik,
fransız dilində danışdığı üçün türk dilində o qədər də yaxşı
bilməsə də, aram-aram, təmkinlə hər şeyi izah etməyə çalışırdı.
Babasından qalan fransızca yazılımış əl yazıları və şəkillər evin
ən gözəl guşəsində yer almıştı. Uzun illər əvələ getdik, Gulnara
xanım, hətta uşaqlıq xatirələrini belə çətinlik çəkmədən
xatırladı.
Axar.az Report-a
istinadla Gülnara Kürdəmir ilə müsahibəni təqdim edir.
- Fransada doğuldunuz, əvvəlcə İstanbula gəlişinizdən
başlayaq: neçə ildir burda yaşayırsınız?
- 1950-ci ildə İstanbula gəldik. Atamın ailəsi Trabzonda
yaşayırdı və o, ailəsini görmək üçün Türkiyəyə gəldi, anamı, məni
və bacımı özü ilə İstanbula gətirdi. O zaman 22-23 yaşındaydıq.
Anam Topcubaşovun böyük qızı ili, bir xalam vardı, 3 dayım -
Ələkbər, Ənvər və Rəşad. Onları çox gözəl xatırlayıram. Rəşad bir
az gənc yaşında vəfat etdi. Ələkbər çox qiymətli insan idi, islam
dinini araşdırırdı və olduqca çox dil bilirdi. Böyük bir
kitabxanası vardı. Vəfat etdiyi zaman kitabxananı kiməsə verdi,
amma onun adını bilmirəm. Babamın bütün yaradıcılığı o
kitabxanadaydı, bütün həyatı o kitabxanada toplanmıştı. Ara-sıra
düşünürəm, o kitabxana hara getdi, kimə verildi?!
- Babanızı necə xatırlayırsınız?
- Mən doğulduğum zaman vəziyyətimiz heç də yaxşı olmayıb. Atam
hambal işləyirdi, anam da tikiş fabrikində dərzi çalışırdı. Ancaq
sonra yavaş-yavaş vəziyyətimiz düzəldi. O zaman babam Fransanın Sen
Klu şəhərində yaşayırdı. Xatirələrim çoxdu, amma xatırlmaqda
çətinlik çəkirəm. Çünki o vaxt çox kiçik idim. Biz İstanbula
gələndə Fransadan ayrıldığım üçün kədərlənmişdim. Gəldim, bura
alışmağa çalışdım. Ailə qurdum, bir kitabxanaçıyla evləndim və
ömrüm elə burada keçdi. İki uşağım oldu. Oğlum 35 yaşında vəfat
etdi, qızım Bodrum şəhərində yaşayır. Yoldaşımla ayrılmışdım.
Uğursuz evliliyim oldu. Onun anası yazıçı idi, onun kitab işinə
maraqlı olması xoşuma gəlirdi. O özünü intelektual göstərərək yaxşı
rol oynadı.
- Babanızın vəfat ediyi günü
xatırlayırsınızmı?
- Babam 14 il Fransada yaşadı. Babamın vəfat ediyi günü dünənki
kimi xatırlayıram. 1934-ci il idi. Gözümün önündədi ogünkü
görüntülər. O vəfat edəndə mənim 10 yaşım vardı. Anam bizi çölə
çıxmağa qoymadı. Bütün yol, küçə insanlarla dolu idi. Bütün
millətlərdən insanlar var idi. Gürcülər, dağıstanlılar,
azərbaycanlılar, fansızlar hər kəs, hər kəs orada idi. Fansızlar
şok olmuşdu, niyə dəfnə bu qədər insan toplaşıb deyə. Babam çox
yaxşı insan idi. Onun siyasətini bilirdim, təbii ki, ən önəmlisi,
o, hər kəsin bir olması üçün mücadilə edirdi. Biz San Klu şəhərində
yaşadığımız zaman yemək süfrələrimizi xatırlayıram. Böyük masalar
olurdu və ən başda babam oturardı. Böyük ailə idik. Hər kəs sırayla
otururdu və yerini bilirdi. Babamın anası və böyük bacısı da
bizimlə qalırdı. Çox yaxşı insan idi nənəm. O da dərzi işləyirdi.
Çox vaxt mən də onunla iş yerinə gedirdim, axşama qədər işin
bitməsini gözləyirdim. Çox gözəl və səssiz bir qadın idi. Mən
rəngli qələmləri çox sevirdim. İndi də sevirəm. O hər iş çıxışında
mənə qələmlər alırdı. Vəziyyət heç də yaxşı deyildi, ancaq o məni
bu qələmlərlə məmnun edə bilirdi. Babam da boş vaxtlarını bizə həsr
edirdi, bizi parka götürürdü və Azərbaycan dilində öyrədirdi. Onlar
aralarında rus dilində danışırdı. Biz heç nə başa düşmürdük. Amma
babam bizimlə Azərbaycan dilində danışırdı və bizə hərfləri
öyrədirdi.
- Siz hansı dillərdə öyrəndiniz? Təhsilinizi İstanbulda
davam etdirdinizmi?
- Mən çox dil bilmirəm. Məktəbcə ispanca və ingiliscə
öyrənmiştim. İstifadə etmədikcə unuduldu getdi. Görürsüz, türkcə də
çətinliklə danışıram. Fansızca mənim dilimdi, çünkü bütün
dostlarım, çevrəm fransızca danışır. Hüquq oxumağa çalışdım, amma
yarıda buraxdım. Konservatoriyada piano sinfində oxudum, onu da
tamamlamadım. Buna görə çox peşmanam. Eşitmişəm, Azərbaycanda hər
kəs musiqiylə məşğul olur, hər kəsin evində piaono var. Bu çox
gözəldi. Təəssüflənirəm ki, İstanbula gəldikdən sonra heç nə
etməmişəm. Uşaqlarımla məşğul oldum və vaxt keçdi.
- İçinizdə Azərbaycan həsrəti oldumu, Bakıya heç
getdinizmi?
- Paris, Bakı, İstanbul - bu üç şəhər mənə əzizdi. Xeyr, heç
getmədim. Yox təəssüf ki, getmədim. Bir dəfə məni və bacımı dəvət
etmişdilər, biletlərimiz də vardı, ancaq bacım xəstələndiyi üçün
gedə bilmdik. Çox təəssüfləndik. Təxminən 20 il öncəydi. İndi çox
istiyərm ki, gedim, Bakını görüm. Ancaq yaşlandım, 93 yaşım var.
Tək gedə bilmərəm. Yıxılaram, bir şey olar. Biri yanımda olsa,
sevinə-sevinə gedərəm. Anamın vətənidi ora. Bir dostum Bakıdan mənə
şəkillər çəkib gətirmişdi. Onlara baxıram ara sıra, gözəl
şəhərdi.
- İstanbulda həyat necə
gedir? Məmnunsunuzmu burdakı yaşayışınızdan?
- Məmnunam. Yoldaşımdan ayrıldıqdan sonra uzun müddət
Qalatasaray liseyinin uşaqlarına fransız dilində özəl dərslər
verdim. Daha öncələri heç işləməmişdim. O zaman öz ayaqlarım üstə
durmağı öyrəndim. Əvvəllər atam da kömək edirdi, çünki həyat
yoldaşımın dəstəyi az idi. O, bir az əhli-kef adam çıxdı.
- İndiyə kimi Azərbaycandan qapınızı döyən oldumu?
Konsulluq və digər rəsmi qurumlardan sizinlə heç
maraqlanıblarmı?
- Heç kim maraqlanmadı. İlk dəfədir ki, siz gəlirsiniz. Çox
sevindim, gec də olsa, məni axtardınız, tapdınız. Azərbaycanı çox
sevirəm. Ora getməyi çox istəyirəm. Qismət deyək, nəsib olsa gedib
görərdim.