Yuxarı

Texnologiyada qadın gücü: Bir “Ctrl is hers” proqramına start verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Texnologiyada qadın gücü: Bir “Ctrl is hers” proqramına start verdi

Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir qadınların texnologiya sahəsindəki rolunu gücləndirir.

Bir ekosistemi texnologiya sahəsində qadınların iştirakını genişləndirmək, onların potensialını üzə çıxarmaq və real inkişaf imkanları yaratmaq məqsədilə “Ctrl is hers” proqramına start verir.

Proqramın məqsədi data analitikası, kibertəhlükəsizlik, süni intellekt, proqramlaşdırma, bulud texnologiyaları və digər rəqəmsal istiqamətlər üzrə karyera qurmaq istəyən qadınlara dəstək olmaqdır.

“Ctrl is hers” proqramı yalnız iştirakçılara bilik və bacarıq verməklə kifayətlənmir – ölkənin rəqəmsal ekosistemində güclü qadın istedadların formalaşmasına dəstək olmağı və daha inklüziv texnologiya mühitini yaratmağı hədəfləyir.

Proqramda texnologiya ixtisasları üzrə təhsil alan qadın tələbələr, yeni məzunlar, karyerasını texnologiya sahəsinə yönləndirmək istəyən qadınlar, eləcə də texnoloji rollarda karyeraya sahib olan qadın mütəxəssislər iştirak edə bilərlər.

İştirakçılar texniki və yumşaq bacarıqlar üzrə təlimlər almaqla yanaşı, praktik layihələr üzərində çalışacaq və real iş mühitində təcrübə qazanacaqlar.

Sonda yüksək nəticə əldə etmiş iştirakçılar Bir daxilində təcrübə proqramları, mentor dəstəyi və karyera imkanlarından faydalana biləcəklər.

Qeydiyyat üçün son tarix: 23 may 2026-cı il

Proqram haqqında ətraflı məlumat: www.b-b.az/hrcareer

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – "Birbank" rəqəmsal mobil bankçılıq tətbiqi, "Birmarket" e-ticarət platforması, "Milliön" ödəniş terminalları və "m10" rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də "Trendyol Azərbaycan" və "BakıKart"la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Ətraflı məlumat üçün: https://bir.az/

Tarix
2026.04.23 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla