İndi xoşbəxt olmaq elə də
çətin deyil. Sadəcə bunu bacarmaq lazımdır. Alimlər müasir insanın
xoşbəxt olması üçün sizə ip ucları verir.
"Axar.az" xoşbəxt insanların etməli olduğu vərdişləri sizə
təqdim edir.
1. Kin və nifrətdən xilas olun
Bu həm sizi qocaldır, həm də xoşbəxt olmanıza əngəl yaradır. Ən
yaxşısı pozitiv olmaqdır. Gülümsəyin!
2. Hər kəsə yaxşı davranın
Ətrafınızdakı insanlara qarşı pis rəftarınız sizin də əhvalınızı
pozacaq. Üstəlik, onların da sizinlə pis olmasına səbəb olacaq.
Odur ki, kimisə acılamağa dəyməz. Xoşbəxt olmaq üçün hər kəsə yaxşı
davranın!
3. Problemlərinizi üstünlük olaraq görün
Heç də həmişə problem özü ilə əlavə problem gətirmir. Çətinlik
yaşadığınızda da bunu üstünlük kimi görün. Bu sizi növbəti
çətinliklərə hazırlayır. Üstəlik, qazandığınız uğurlardan dad
çıxarmağınza da səbəb olur.
4. Şükür etməyi bacarın
Əlinizdəkilərin qədrini bilin. Əldə etdiklərinizə görə
naşükürlük etməyin. Hər şeyə görə şükür etməyi öyrənmək elə də
çətin deyil.
5. Xəyallarınız böyük olsun
Olduqca böyük xəyallar qurun ki, fəth etdiyiniz zirvələr də
yüksək olsun. Nə qədər az və kiçik xəyallar qursanız, əldə
etdikləriniz də bir o qədər kiçik olacaq. Yüksəkliyə qalxmaq üçün
ideyaların aliliyi mütləqdir.
6. Hər şeyə əhəmiyyət verməyin
Hər şeyin fikrini etməyin. Nə qədər ki, hər şeyi özünüzə problem
etsəniz, bir o qədər tez qocalacaqsınız. Hər şey haqqında çox
düşünmək sizə xoşbəxt olmağa imkan verməyəcək.
7. Başqaları haqqında yaxşı danışın
Birinin yanında digəri haqqında pis danışmağa dəyməz. Çünki bu
onu deyil, sizi danışdığınız adamın yanında pis edəcək. Özünüzə və
ətrafınızdaklara qarşı nə qədər pozitiv olsanız bir o qədər xoşbəxt
olarsınız.
8. Bəhanə axtarmayın
Nə isə etmək üçün gec qalmayın. Hansısa işi görməmək üçün
bəhanəyə ehtiyac yoxdu. Bəlkə də bəhanələrlə sabaha saxladığınız
şeylər xoşbəxtliyinizə səbəb olacaq.
9. Hər səhər eyni saatda oyanın
Tənbəllikdən hələ ki, xeyir görən olmayıb. İşinizin
olub-olmamasından asılı olmayaraq, hər səhər eyni saatda yuxudan
durmaq əhvalınıza müsbət təsir edəcək. Bəli, bu, o qədər də asan
deyil. Ancaq xoşbəxtlik üçün vacibdir.
10. Pozitiv insanlarla vaxtınızı keçirin
Ətrafınızda nə qədər pozitiv insan olsa, sizin üçün bir o qədər
yaxşıdır. Bəlkə də göydəndüşmə şansdır. Pozitiv dostlarınızın
olması xoşbəxtliyiniz üçün bir vasitədir.
11. Başqalarının fikrinə ehtiyac duymayın
Bir iş görmək üçün başqalarının rəyini gözləməyin. Kiminsə sizin
gördüyünüz işi bəyənməməsi əhvalınızı korlamasın. Əsas olan sizin o
işi bəyənməyinizdir. Başqalarının deyil, özünüzün istədiyiniz
şeyləri edin.
12. Sosial çevrənizi genişləndirin
Maraqlı və fərqli insanlarla münasibət qurun. Sosial dostlar
qazanın. Hər yaşdan və kateqoriyadan olan insanlarla dostluq
etməkdən qorxmayın.
13. Dinləməyi öyrənin
Xoşbəxt olmaq üçün vacib olan əsas məqamlardan biri də budur.
Danşmaqdansa dinləməyə üstünlük versəniz, bunun sizə necə müsbət
təsir etdiyini görəcəksiniz.
14. Qidanıza fikir verin
Nə qədər keyfiyyətli qidalansanız, səhhətinizlə bərabər,
əhvalınıza da müsbət təsir edəcək. Unutmayın ki, hər şeyin başında
sağlamlıq gəlir.
15. İdmanla məşğul olun
İdman sizin gümrahlığınızı artıracaq. Əzgin bədən və əhvalla siz
heç vaxt xoşbəxt ola bilməyəcəksiz.
16. Dürüst olun
Yalan danışmaq daimi olaraq narahatlıq yaradacaq sizdə. Bu cür
həyat yaşamaq maraqsızdır. Özünüzə və ətrafınızdaklara qarşı dürüst
olun.
17. Dəyişə bilmədiyiniz şeyləri qəbul edin
Həyatda hər şey insanın istədiyi kimi olmur. Vaxt və enerji sərf
edib onları dəyişməkdənsə, olduğu kimi qəbul etməyə çalışın.