Yuxarı

Xəzərdə sirli olay: Balıqçını öz dostları boğub? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Pirallahı rayonunda balıq tutmaq məqsədi ilə dənizə gedən 1976-cı il təvəllüdlü Vurğun Quliyevin itkin düşməsində onunla birlikdə balıq ovuna çıxan Aqil Əhmədov, Elbrus Cəfərov və Valeh Babayevin əli ola bilər.

Bu barədə Axar.az-a V.Quliyevin qızı Rəhimə Quliyeva danışıb. O, atasının dənizə getdikdən 4 gün sonra evə zəng etdiyini bildirib:

“Atam Vurğun Quliyev oktyabrın 2-də Neftçala rayonundan olan Aqil Əhmədov, Elbrus Cəfərov və Valeh Babayevlə birlikdə Bakı şəhəri, Pirallahı rayonu ərazisindən Aqil tərəfindən Bakı şəhərində yaşayan Seyidağa Muradovdan icarəyə götürdüyü (özəl) kiçik həcmli balıq ovlayan SA 16-72 bort nömrəli katerlə balıq ovlamaq məqsədilə Xəzər dənizinə çıxıb. Oktyabrın 6-da atam səhər saatlarında qardaşım Talehlə əlaqə saxlayaraq, hava şəraitinin küləkli olduğunu bildirib və oktyabrın 8-də qayıdacağını deyib. Bundan başqa, həmin gün eyni telefon nömrələrindən qardaşıma mesaj göndərərək, dənizdə hava şəraitinin küləkli olduğunu və kateri dayandırdıqlarını bildirib”.

R.Quliyevanın sözlərinə görə, oktyabrın 8-də Neftçala rayonundan olan Alxas Pənəliyev adlı şəxs T.Quliyevə zəng edərək, oktyabrın 6-dan 7-nə keçən gecə, səhərə yaxın dənizdə balıqçılarla rastlaşdığını və V.Quliyev olan katerə yanacaq verdiyini deyib:

“Bundan başqa, A.Pənəliyev qardaşım Talehə dənizdə hava şəraitinin əlverişsiz olduğunu, lakin tezliklə balıqçıların qayıdacağını bildirib.

Oktyabrın 8-də bizə deyildi ki, atamın meyiti Bakı şəhərinə - bizə təhvil verilmək üçün gətirilib. Lakin axşama kimi gözləsək də, bu barədə xəbər çıxmadı. Bundan sonra atamla birlikdə balıq ovuna getmiş şəxslərin - Aqil, Elbrus və Valehin dənizdən qayıtdıqlarını eşitdik. Aqil Əhmədov üzə çıxmasından bir həftə keçməsinə baxmayaraq, hələ də Neftçalaya qayıtmayıb, Bakıda qalıb. Rayona gələn Valeh və Elbrus bizə nə baş verdiyini, atamın niyə gəlmədiyini deməyiblər.

Neftçalaya qayıdan balıqçılardan yalnız Valeh bizə gələrək, oktyabrın 7-də əlverişsiz hava şəraitindən dolayı katerin küləyin təsirindən aşdığını və onların 1 sutkadan artıq müddətdə suda qaldıqlarını deyib. Valehin dediyinə görə, atam dözməyərək özünü bir neçə dəfə suya atıb, lakin hər dəfə o, atamı xilas edib. Valeh bizə bildirdi ki, son anda atam özünü suya atıb və həyatını itirib”.

R.Quliyeva sözügedən hadisə ilə əlaqədar Baş Prokuror Zakir Qaralova müraciət ünvanlayıb. O, atası Vurğun Quliyevin ölümündə təqsirkar şəxslərin aşkar edilərək qanunla nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasını istədiklərini söyləyib:

“İnana bilmirik ki, atam özünə qəsd etmək məqsədilə Valehin dediyi kimi hərəkət etsin. Məsələ ətraflı, tam və obyektiv, peşəkar müstəntiqlər tərəfindən araşdırılsa, hadisənin hansı səbəbə görə baş verdiyi aşkara çıxacaq.

Bütün ailə üzvlərimiz əmindir ki, bu hadisə Aqil Əhmədov tərəfindən törədilib. Onunla birlikdə olan Valeh və Elbrusun da bu işdə əli ola bilər. Həmçinin kateri Aqilə müvəqqəti icarəyə vermiş Seyidağa Muradov da bu barədə məlumatlıdır”.

Yazıda adı çəkilən digər üç balıqçı - Aqil Əhmədov, Elbrus Cəfərov və Valeh Babayevin də mövqeyini öyrənməyə çalışdıq. V.Quliyevin ailəsindən bildirdilər ki, sözügedən şəxslərin telefonları suya düşdüyündən onlarla əlaqə saxlamaq üçün hər hansı bir nömrə yoxdur.

Məsələ ilə bağlı Baş Prokurorluğa sorğu göndərilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi ötən gün V.Quliyevin axtarışlarının davam etdirilməsi ilə bağlı məlumat yayıb. Bildirilib ki, axtarışlara nazirliyin aviasiya dəstəsinin bir helikopteri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Tarix
2019.10.15 / 17:47
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla