Yuxarı

Sumqayıt yolunda tıxac necə aradan qalxa bilər?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova Bakı-Sumqayıt yolunda yaşanan sıxlıq və tıxacın aradan qaldırılması üçün layihə hazırlanması ilə bağlı verdiyi tapşırıq 2020-ci ilin sonuna qədər reallaşdırılmalıdır. Hələlik sözügedən yolda mütəmadi yaşanan sıxlığın hansı şəkildə qarşısının alınacağı bəlli olmasa da, artıq bunun üçün təkliflər hazırlanır. Yol-nəqliyyat ekspertləri də bununla bağlı öz təkliflərini verib.

Mövzu ilə bağlı Axar.az-a danışan yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sözügedən yolda tıxacın aradan qaldırılması üçün variantlardan biri 20 Yanvar dairəsindəki sıxlığın, boğulmanın qarşısının alınmasıdır:

“İkinci variant isə Xırdalan dairəsində boğulmanın qarşısının alınmasıdır. Çünki 6 zolaqlı yol hər iki tərəfdə (həm gediş, həm gəliş) iki zolaqlı yola birləşir. Bu da təbii olaraq nəqliyyat sıxlığına səbəb olur. Sözügedən yolun ötürücülük qabiliyyəti normal səviyyədə deyil.

Saleh Məmmədovun da dediyi məhz dairələrin, yəni 20 Yanvar dairəsi ilə Xırdalan dairəsinin genişləndirilməsi idi. Sözügedən yolun genişləndirilməsinə heç bir ehtiyac yoxdur. Çünki yol kifayət qədər genişdir. Ancaq həmin yolun giriş və çıxışı olan dairələrin genişləndirilməsi vacibdir.

Bundan başqa, “Şamaxı yolu” adlanan ərazidəki dairədə asma körpü infrastrukturu yaratmaqla Şərifzadə küçəsinə və ya Qələbə dairəsinə getmək istəyən avtomobillərin 20 Yanvar dairəsinə daxil olmadan hərəkətini təmin etmək olar. Yəni axınla gələn avtomobilləri ayrı-ayrı istiqamətlərə parçalamaqla sıxlığı aradan qaldırmaq mümkündür”.

E.Muradlı bildirib ki, “Koroğlu” metrostansiyasının yaxınlığında qurulan nəqliyyat qovşağı ən yaxşı modelidir:

“Sözügedən ərazidə həmin modeli tətbiq etsələr, 20 Yanvar dairəsi ərazisində normal bir vəziyyət yaranar. Həmin yol qovşağının daha kiçik modelini də Xırdalan dairəsində yaratmaqla sıxlığı aradan qaldırmaq olar. Yəni orada Sumqayıt istiqamətinə iki zolaq tuneldən keçir, iki zolaq da yolun üst hissəsindən aşırmaqla vəziyyətdən müəyyən qədər çıxmaq mümkündür. Bu, problemin həlli üçün bir qədər ucuz, həm də daha tez başa gələn layihə ola bilər. Bundan başqa, Biləcəri dairəsində olan alternativ yolun genişləndirilməsi də yoldakı sıxlığı aradan qaldıra bilər”.

Hüquqşünas, yol-nəqliyyat eksperti Vamiq Şükürov məsələnin ilk növbədə Nazirlər Kabineti yanında Yol Təhlükəsizliyi Komissiyasında müzakirə olunmasının vacibliyini bildirib. Əlavə edib ki, yol-nəqliyyat ekspertləri də bu komissiyaya cəlb edilməli və onların təklifləri dinlənilməlidir:

“Sözügedən yolda əsas sıxlıq “Ekologiya postu” adlanan yerdə və yeraltı tunelə giriş hissədə olur. Tunel çox dar olduğundan Xırdalandan gələn avtomobillərin də axını səbəbindən sıxlıq yaranır. Əsas təklif ondan ibarətdir ki, ilk növbədə həmin tunel genişləndirilməlidir. Həmçinin Daxili İşlər Nazirliyinin “Ekologiya postu” həmin ərazidən götürülməlidir. O postun orada heç bir zəruri əhəmiyyəti yoxdur. Həmin posta görə bütün avtomobillər sürətini azaltmalı olur ki, bu da sıxlıq yaradır”.

V.Şükürov bildirib ki, həmin istiqamət üzrə alternativ yolun salınması mümkün deyil:

“Həmin istiqamət üzrə alternativ yol çəkilə biləcək infastruktur imkanı demək olar ki, yoxdur. Çünki 20 Yanvardan Sumqayıt istiqamətinə Biləcəri qəsəbəsinin bir hissəsi, Masazır kəndində tikilən fərdi yaşayış sahələrinin sıxlığı bu gün alternativ yolun çəkilməsinə və ya abadlaşdırılmasına qətiyyən imkan vermir”.

Ekspertin fikrincə, ərazidə yeni yol qovşağı salınmalıdır:

“Sözügedən istiqamət üzrə əlavə yol qovşağının salınması daha məqsədəuyğundur. Düzdür, bu, digər təkliflərlə müqayisədə çox maliyyə tutacaq layihədir, ancaq Bakı-Sumqayıt şosesinin imkan olan hissəsində “Ekologiya postu”nun üzərindən yerüstü yol-körpü çəkmək olar. Bu təklifi yol-nəqliyyat eksperti Ərşad Hüseynov da irəli sürüb. Sumqayıt və Saray qəsəbəsi, həmçinin, Quba istiqamətində getmək istəyənlər “Ekologiya postu”na çatmamış tikiləcək yeni yol-körpü qovşağı vasitəsilə birbaşa Sumqayıt istiqamətinə hərəkət edə bilərlər. Digər istiqamətlərə gedən avtomobillər isə ənənəvi yol və tunel vasitəsilə hərəkət edə bilər”.

Tarix
2019.11.07 / 10:58
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla