Yuxarı

Bu məlumatları yaymaq təhlükəlidir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu məlumatları yaymaq təhlükəlidir

12 iyuldan başlayaraq Tovuz istiqamətində baş verən erməni təxribatı ilə bağlı yerli mətbuatda bir sıra şayiələr və dəqiqləşdirilməmiş məlumatlar paylaşılıb. Bununla yanaşı, sərhəd bölgəsində çəkilişlər aparan bəzi jurnalistlər də bəzən hansısa məlumat və ya kadrlarda ehtiyatsızlıq edirlər.

Maraqlıdır, indiki döyüş şəraitində jurnalistlər peşə fəaliyyətini necə yerinə yetirilməlidirlər?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən media eksperti Qulu Məhərrəmli bildirib ki, jurnalistlər emosiyalara qapılıb yanlış informasiyalar yaymamalıdırlar:

“İndiki müharibə şəraiti jurnalistlərdən xüsusi yanaşma tələb edir. Bu, ilk növbədə informasiyanın dəqiq mənbələrə əsaslanması ilə bağlıdır. Bu halda biz yalnız rəsmi məlumatları verə bilərik. Belə məsələlərdə emosiyalara qapılmaq, əlavə xətlərə emosional şəkildə müdaxilə etmək, cəbhə bölgəsindən alternativ məlumat adı ilə yanlış məlumatlar yaymaq olmaz. Bu, ekstremal şəraitdir və ekstremal şəraitdə də işləməyin öz qaydaları var. Rəsmi mənbələr, onların verdiyi məlumatlar əsas mənbə kimi işıqlandırılmalıdır. Təbii ki, KİV əlavə məlumat vermək istəyirsə, analitik materiallar, rəylər verə bilər. Tanınmış simaların, hərbi mütəxəssislərin, xarici siyasət məsələlərini bilən ixtisaslı insanların müsahibələrini yaymaq olar. Lakin heç bir halda dəqiqləşdirilməmiş məlumatlar verilə bilməz. Əsası olmayan və müxtəlif mənbələrdən təsdiqlənməyən məlumatları vermək qadağandır”.

Ekspert qeyd edib ki, ciddi məsələlərdən biri də şayiələrlə bağlıdır:

“Heç bir halda o şayiələri məlumat kimi yaymaq olmaz. Çünki hazırda sosial şəbəkələrdə, mediada informasiya savaşı gedir. Rusiya və Ermənistanla müttəfiq olan digər ölkələrdə müxtəlif məlumatlar yayılır. Bunların heç birinə istinad etmək və yaymaq olmaz. Yalnız rəsmi məlumatlara istinad edilməlidir”.

Tarix
2020.07.16 / 08:15
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla