Yuxarı

“Yenə binaya qayıtmaq istədim, amma...” - Xilaskar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Yenə binaya qayıtmaq istədim, amma...” - Xilaskar

Bakının Binəqədi rayonunda mayın 19-da baş verən yanğın zamanı xüsusi qəhrəmanlıq göstərənlərdən biri də DİN Çevik Polis Alayının əməkdaşı, 1990-cı il təvəllüdlü Şahin Alı oğlu Qocayevdir.

O, həyatını təhlükəyə ataraq, 4 nəfəri xilas edib. 4-cü şəxsi çiyinlərinə alıb, 7-ci mərtəbədən düşürərkən, birinci mərtəbədə, blokun girişində huşunu itirib.

***

İlk andaca nəzərimdən yayınmır: orta yaşlı xanım DİN hospitalının reanimasiya şöbəsində müalicə olunan qəhrəman polisimizin saçlarına sığal çəkir.

Salamlaşıram. İnsanları xilas edən, odla oynayan gəncin saçını körpə uşaq kimi sığallayanın Ana olduğunu öyrənirəm – zatən, təxmin etmişdim. Yasəmən xanım mane olmaq istəmir, oğlunun alnından öpüb sağollaşır.

- Şahin, özünü unudub, başqasını xilas etməyindən bütün ölkə danışır. Xəbərin var?

- Eşitmişəm, dedilər... (məmnun görünmür)

- Xilasetməyə necə başladınız?

- Hadisə olan kimi əmr gəldi. Təcili hadisə yerinə yollandıq. Hər kəs öz işini görürdü. Əmrdir, Çevik Polis Alayının üzvü kimi biz harada lazımıqsa, orda da olmalıydıq.

- Mənim üçün bir neçə məqam maraqlıdır: ilk anda ağlına nə gəldi?

- Nə gələ bilərdi? Fikirləşməyə vaxtmı vardı? Heyf ki, tələbəni xilas etdikdən sonra huşumu itirdim. Mən daha çox adamımızı xilas etməli idim. Amma nə edim, alınmadı. Gözümü bir də xəstəxanada açdım.

- Heç bir sarsıntı, qorxu...

- Qorxu yox idi. Sarsıntı isə əlbəttə ki, vardı. Ölümün bir addımlığında olan insanların sifətindəki təlaş, qışqırtı, gözlərindəki gücsüzlük məni sarsıtdı. İlk xilas etdiyim adamı bayıra çıxardıqdan sonra geri qayıtdım. Alov hər tərəfi bürümüşdü. Blok tüstü idi, gözlərim yaşarırdı. Amma 2-ni, 3-nü də xilas etdim. Binanın 7-ci mərtəbəsinə qədər qalxa bildim. Cavan bir oğlanın otaqlardan birində huşsuz vəziyyətdə olduğunu gördüm. Çiynimə götürdüm, artıq əllərimin "gözü" ilə görürdüm. Divardan yapışaraq düşürdüm...

Öyrənirəm ki, Şahin Polis Akademiyasının 3-cü kursunda qiyabi təhsil alır. Ailəlidir. Bir qız övladı var.

- Uşaqları düşünürəm. Hamısı bizim balamız, anamız, bacımızdır... Ali təhsilliyəm. Yüksək balla N.Tusi adına Pedaqoji Universitetin tarix fakültəsinə daxil olmuşam və yüksək qiymətlərlə də bitirmişəm.

- Demək, tarixçi olub tarixi tədris etmək istəyini polis olub tarix yazmaq istəyi üstələyib.

- Mənim polis arzum uşaqlıqdan olub. Ancaq valideynlərimin narahatlığı vardı. "Çətin peşədir", - deyirdi atam. Amma mən yenə də öz arzumun ardınca gedəsi oldum.

- Ananın dedikləri təsdiqini tapır, bu, doğurdan da çətin peşədir.

- Nə bilim vallah, mən boynuma düşən işin öhdəsindən gəlmək istədim. Bizim şəxsi heyətin hadisəyə səfərbər olan bütün əməkdaşları bu hadisədə bacardığını etdi.

Deyir və susur, gözlərini uzaqlara dikir. Sifətinin cizgiləri ağrıdan xəbər vermir. Gözlərində isə xilas etdiyi insanların sevinci ilə yanaşı, faciənin ağrısı da hiss olunur.

- Nə düşünürsən? - Onu xəyaldan ayırıram.

- İstəyirəm tez sağalam, xidmətə yollanam. Bütün şəxsi heyətin əməkdaşları gəlmişdi, mənə baş çəkdilər, həm rəis, komandir heyəti, həm də bütün şəxsi heyət... Onlara minnətdaram. Amma... bilirsən, mən yenə də geri, binanın içinə qayıtmaq istəyirdim, huşumu itirmişəm...

Tarix
2015.05.21 / 12:33
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla