Yuxarı

Elşən Quliyev bəraət aldı, prokuror isə həbs tələb edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın məşhur forex şirkətlərindən biri olan “İnvestAZ”-ın vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Şirkət bəraət aldıqları barədə açıqlama yayıb, amma prokuror bu hökmdən apellyasiya şikayəti verib.

Axar.az xəbər verir ki, söhbət “İnvestAZ”-ın rəhbəri Elşən Quliyev, şirkətin İdarə Heyətinin üzvü Ceyhun Abdullayev və icraçı direktor Ümit Akcanın əməllərindən gedir.

Adı çəkilən şəxslərə qarşı cinayət işi türkiyəli iş adamı Yunus Akgünün şikayəti əsasında açılıb.

1 milyon dollarının mənimsənildiyini iddia edən iş adamı qeyd edir ki, “İnvestAZ”-da öz hesabında olan pul onun razılığı olmadan xaricdə başqa bir şirkətin hesabına köçürülüb.

İş adamı bununla bağlı Bakıya da gələrək şirkət rəhbərliyi ilə görüşüb, rəsmi qurumlara müraciətlər edib.

Y.Akgünün İstanbul prokurorluğuna şikayətindən sonra “İnvestAZ”-ın rəhbəri Elşən Quliyev, şirkətin İdarə Heyətinin üzvü Ceyhun Abdullayev və icraçı direktor Ümit Akca barəsində cianyət işi açılıb.

İstanbul Ağır Cinayətlər Məhkəməsində araşdırma davam edən ərəfədə adı çəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməyib.

İstintaq zamanı Elşən Quliyev, Ceyhun Abdullayev və Ümit Arca iş adamı Yunus Akgünü tanımadıqlarını deyiblər.

Prokuror “İnvestAZ”-ın rəhbəri Elşən Quliyev, şirkətin İdarə heyətinin üzvü Ceyhun Abdullayev və icraçı direktor Ümit Akcanın həbs edilməsini, onlar barəsində 13-17 il arası həbs hökmünün çıxarılmasını istəyib. Amma məhkəmə bu şəxslərin günahsız olduğu qənaətinə gələrək barələrində bəraət hökmü verib..

Bu məsələ ilə bağlı “İnvestAZ” şirkəti açıqlama yayıb. Şirkətin “Tam bəraət” başlığı ilə yayımladığı açıqlamada yazılır:

“Keçən il Türkiyədə fəaliyyət göstərən “İnvestAZ Menkul Değerler A.Ş.” şirkətinə qarşı bəzi əsassız iddialar irəli sürülüb. Yunus Akgün adlı şəxs istər şirkət, istərsə də şirkət rəhbərliyinə qarşı başlatdığı haqsız və heç bir dəlilə söykənməyən iddialarla şirkətin etibarına xələl gətirmək niyyəti ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, bu şəxs bilərəkdən yalan məlumat verməklə şirkətin nüfuzuna zərər yetirmək məqsədilə müxtəlif media qurumlarında qara PR apararaq şirkətə maddi və mənəvi zərbə vurmağa çalışıb.

İstanbul Ağır Cəza Məhkəməsi bu şikayət üzərindən araşdırma apararaq 25.05.2021-ci il tarixdə bu iddiaların əsassız və həqiqətə uyğun olmadığını qərara aldı və şikayətdə yer alan idarə heyətinin üzvləri tam olaraq bəraət qazandı.

Çox təəssüflə qeyd etmək istərdik ki, qeyd edilən iddiaların “İnvestAZ İnvestisiya Şirkəti QSC” şirkətinə aidiyyəti olmadığı halda Azərbaycan mediasında bəzi saytlar qarşı tərəfin fikrini almadan, jurnalist araşdırması aparmadan şübhə yaratmaq məqsədli məqalələr dərc etmək istəmişdirlər. Şirkətimizin ictimaiyyətlə əlaqələr departamenti bu cür məcraları yaxından təqib edərək media qurumları ilə hər zaman dəqiqləşdirmə aparmağa və məlumatlandırmağa hazırdır. Bu kimi tədbirlər nəticəsində ölkəmizdəki media qurumları ilə şirkətimiz arasında güvənə dayanan sıx münasibətlər yaranıb.

Bir daha bu istiqamətdə bizə dəstək olan hər kəsə öz minnətdarlığımızı bildiririk.

“İnvestAZ” şirkəti 20 ilə yaxındır ki, fəaliyyətdədir və daimi yüksək səviyyəli xidməti ilə müştərilərin etibarı və sevgisini qazanmışdır. Şirkətin əsl məqsədi ölkədə maliyyə savadlılığını artırmağa çalışmaq və insanlara müasir dövrün qazanc imkanlarını aşılamaq və öyrətməkdir”.

Axar.az-ın apardığı araşdırma ilə məlum olub ki, İstanbul Ağır Cinayətlər Məhkəməsi hər üç şəxs barəsində bəraət hökmü çıxarsa da, İstanbul Prokurorluğu bununla razılaşmır. Prokuror bu hökmdən apellyasiya şikayəti verərək, “İnvestAZ”-ın rəhbəri Elşən Quliyev, şirkətin İdarə Heyətinin üzvü Ceyhun Abdullayev və icraçı direktor Ümit Akcanın həbs edilməsini istəyib.

Tarix
2021.10.30 / 13:17
Müəllif
Axar.az
Digər xəbərlər

Təyyarəmiz generalın əmri ilə vurulub - Yeni sensasion məlumat

Mixail Qusman işdən çıxarıldı

Prezidentin nümayəndəsi "Araz-Naxçıvan"ı təbrik etdi

AZAL reysinə zərbə endirən Paladiçukun şərhləri yayıldı - Video

Hakan Fidan Azərbaycan stendini ziyarət etdi - Foto

Azərbaycan XİN də Rusiyaya başsağlığı verdi

Azərbaycan bu şəxsi Özbəkistana ekstradisiya etdi

İlham Əliyev Putinə başsağlığı verdi

İlham Əliyevin bu müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

Azərbaycandan Marko Rubioya müraciət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla