Yuxarı

Şad xəbər: Məhkəmələrdə süni intellekt dövrü başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə əməkdaşlığı ilə məhkəmə sistemində tətbiqi nəzərdə tutulan süni intellekt həllinin yaradılması başa çatmaq üzrədir. Bu sistem vətəndaşlara məhkəməyə müraciət etməzdən əvvəl oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsini təhlil etməyə, mübahisəyə dair məhkəmələrin hüquqi mövqeyini öyrənməyə və mümkün nəticələri əvvəlcədən görməyə imkan verəcək.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib.

O bildirib ki, bu texnologiya hakimlərin, məhkəmə aparatının və vəkillərin iş yükünün azaldılmasına və qərarların daha obyektiv verilməsinə dəstək olacaq:

“Yəni görünən odur ki, süni intellekt qərarların qəbuluna kömək edəcək, düzgün qərara gedən yolda dəqiq təhlil və əlavə dəstək rolu oynayacaq.

Dünyanın bir çox ölkələrində tətbiq edilən belə bir rəqəmsal alətin ölkəmizdə istifadəsi də əhəmiyyətlidir. Bu cür süni intellekt həlli şübhəsiz ki, vətəndaşların işlərini, məhkəmələrə çıxış imkanlarını daha da rahatlaşdıracaq, oxşar və təkrar işlərin məhkəmə baxışının daha effektiv və şəffaf formada reallaşmasına kömək olacaq.

Bu cür sistemlərin Azərbaycanda da istifadəyə verilməsi məhkəmə-hüquq sistemimizin modernləşməsi və rəqəmsal transformasiyası baxımından ciddi irəliləyişdir”.

Tarix
2025.04.01 / 21:41
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan sülh sazişinə bunu salmaq istəyirdi - Video

Ştaynmayerin Azərbaycana səfəri başa çatdı

İlham Əliyev və Ştaynmayer konsertdə iştirak etdi

"Melissa"nın dağıtdığı evin sahibləri bu qədər pul istəyir

Mahmud Abbas İlham Əliyevə məktub göndərdi

AP-nin Azərbaycana qarşı ikili standartları… - Avraham

İlham Əliyev bu tarixdə Çinə səfər edəcək

Ştaynmayer İçərişəhərlə tanış oldu - Foto

Ştaynmayer Ağ Şəhərdə - Foto

Azərbaycanla birgəyaşayış formulunu tapmalıyıq - Xandanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla