Yuxarı

Bu su kəmərinin tikintisi 50% tamamlandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ceyranbatan-Abşeron-Balaxanı-Ramanı-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi layihəsi çərçivəsində işlərin artıq 50%-i icra olunub.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, çəkilən boruların üstü torpaqlanıb. Layihə çərçivəsində hazırda 2 su anbarının tikintisi üzrə funksionallıq təmin olunaraq istismara verilib.

Digər anbarın isə son tamamlanma - tikinti-quraşdırma işləri davam etdirilir. Bundan başqa magistral su kəmərinin 47%-lik hissəsində boru quraşdırma işləri yekunlaşıb və hazırda kəmərin qalan hissəsində qazıntı, qaynaq və boruların xəndəyə düzülməsi işləri həyata keçirilir.

Ceyranbatan-Abşeron-Balaxanı-Ramanı-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi müqaviləsi çərçivəsində Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən “Atyalı” su anbarına diametri 1600 millimetr polad boru ilə ümumi uzunluğu 10,4 kilometr olan magistral su kəmərinin və Balaxanı su anbarı kompleksində 4 ədəd su anbarının tikintisi nəzərdə tutulub.

Tarix
2025.05.15 / 12:22
Müəllif
Axar.az
Digər xəbərlər

"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - Foto

Ərdoğanla Zelenskinin görüşü başa çatdı - Foto

Azay Quliyev Rumıniyadakı prezident seçkilərini izləyəcək

Onlar beş nəfərdən ibarət ailəni vəhşicəsinə öldürdü...

Əliyevin parada qatılmamasına Rusiyadan reaksiya

Zaxarovadan hərbçilərimizin paradda iştirakına münasibət

Trampı bu səfərdə azərbaycanlı iş adamı müşayiət edib

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Azərbaycanla qardaşlıq üçün çalışırıq - Pezeşkian

Prezident Edi Ramanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla