Yuxarı

Öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxıb? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:55

Sabirabadda 16 yaşlı gəlinin qətlə yetirilməsi ilə bağlı daha bir təfərrüat məlum olub.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, qətl hadisəsindən sonra gəlinin anası yoxa çıxıb.

Sonuncu dəfə qadın qızı qətlə yetirilən gün evində olub. Hadisədən sonra o, yaşadığı evdən çıxıb və bir daha həmin ünvana qayıtmayıb. Qadının harada olduğu barədə dəqiq məlumat yoxdur.

Qonşularının dediyinə görə, sonuncu dəfə onu qətl hadisəsi baş verən gün səhər saatlarında görüblər. Həmin andan etibarən qadından məlumat yoxdur. Hadisədən sonra Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri həmin ünvana gəlsələr də, onu tapa bilməyiblər.

Məlumata görə, qadın həmin vaxtdan sonra başqa ünvana köçüb.

***

Sabirabadda qətlə yetirilən 16 yaşlı Nuranə Ələkbərovanın anası yaşadığı ünvana qayıdıb.

Qonşuların verdikləri məlumata görə, qadın hadisədən sonra psixoloji gərginlik keçirdiyi üçün qohumlarının evinə aparılıbmış.

Ona müəyyən müddətə yardım göstəriləndən sonra yenidən evinə qaytarılıb. Hazırda qadın qeydiyyatda olduğu yox, yaşadığı ünvandadır.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, məlumat yoxlanılıb və qadın hazırda evindədir, itkin düşmə faktı yoxdur.

Xatırladaq ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanın meyiti tapılıb.

İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Tarix
2025.05.22 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın Ermənistana birləşdirilməsi… - İşxanyan

Ermənistandan Araz çayı ilə bağlı şok qərar - Bakı nə tələb edirdi?

Hər ay 2 milyon talanır: AMB dərhal reaksiya verməli idi

İsrailin Azərbaycandakı səfirliyində bayraq endirildi - Foto

Azərbaycan XİN İsrailə başsağlığı verdi

Məşhur türk bloger Elgünün qətli ilə bağlı çağırış etdi - Video

İlham Əliyev bu tarixdə Türkiyəyə gedəcək

ABŞ niyə Ermənistanla müharibə riskini gündəmə gətirdi?

Ceyhun Bayramov Nəhyanla danışdı

Tramp geri çəkilir: Rusiyanın önündə kim dayanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla