"Aprelin 1-dən 2-nə keçən
gecə". Bu kəlmə Azərbaycan xalqının tarixində, şüurunda,
psixologiyasında dönüş nöqtəsi oldu. Məhz bu söz bizim toplumun
təfəkküründə inqilaba səbəb olacaq. İllərdir "fevralın 25-dən 26-na
keçən gecə" və ya "yanvarın 19-dan 20-nə keçən gecə" sözlərini öz
faciəmiz, böyük məğlubiyyətimiz kimi xatırladıq. Ancaq Lələtəpə
zəfəri və digər yüksəkliklərin azad edilməsi millətin
psixologiyasındakı bu məğlubiyyət sindromunu qırdı. Bir anda bütün
Azərbaycan vahid bir səngərdə birləşdi, yüz minlərlə insan silah
istədi.
Ötən il qonaq olduğum bir televiziya proqramında da demişdim:
təəssüf ki, məhz bu məğlub xalq sindromuna görə 92-96-cı illərdə
Azərbaycanda doğulan insanlar arasında möhtəşəm beyinlər
yetişməyəcək. Çünki onlar erməni vəhşiliyini həm ana bətnində, həm
də televiziyalarda görərək böyüyüblər. Amma hər şey bir anda -
istər siyasi, istərsə də psixoloji cəbhədə - Azərbaycanın lehinə
döndü. Cəmi bir gecədə 92-93-cü illərin eyforiyasında olan
Ermənistan ordusunun özü haqda yaratdığı mif alt-üst oldu. İş o
yerə çatdı ki, onlar yaşlı kişiləri və qadınları cəbhəyə yığmağa
başladılar.
Ümumiyyətlə, Kim Kardaşyanla öyünən bir xalqın gənc qızları
qabağa verməsi gözlənilən idi. Ermənilər tarix boyu belə olublar.
Onlar hər cəbhədə qadınlardan istifadə ediblər... və çox yaxşı
bilirlər ki, Azərbaycan əsgəri arvad-uşağa güllə atmaz.
Qarabağ müharibəsi iştirakçısı olan atam da, başqa döyüşçülər də
həmişə deyirdi ki, Ermənistan heç vaxt əsil Azərbaycan ordusu ilə
döyüşməyib. Onlar birbaşa silahsız camaatla müharibə aparıblar. Elə
son günlərdə də ermənilər ancaq mülki əhalini, mal-qaranı,
toyuq-cücəni vururlar. Doğrusu, toyuq-cücə ovlayan bir ordunun
"Böyük Ermənistan" xəyalları necə də absurd və gülünc görünür.
Azərbaycan ordusu ermənilərin "alınmaz qala" dedikləri
yüksəklikləri bir neçə saat ərzində darmadağın etdi. Amma
Ermənistan rəhbərliyi hələ də anlamır ki, müharibə şou deyil. Corc
Kluni, Kim Kardaşyan kimi marionetlərlə şou düzəltməklə heç bir
nəticə əldə etmək olmaz.
Erməni təfəkkürü o qədər vəhşiliyə hesablanıb ki, sənətdən də,
sənət adamlarından da müharibədə istifadə edir. Onlar sənətin
xalqları birləşdirməsi prinsipindən istifadə etmək əvəzinə, sənət
vasitəsilə də xalqlar arasında düşmənçilik yaradırlar.
Biz istənilən halda problemin bir güllə səsi belə eşidilmədən,
nəinki bir insan, hətta bir budaq belə qırılmadan həll olunmasını
istəyirik. Ancaq bizim istəyimizlə Misir piramidaları Xəzər
dənizində peyda olmur. Orada – erməni səngərində bizi diri-diri
yandırmağa hazır olan pedofil, qoca vəhşilər dayanıb. Onlar bunu
həm 1918-ci ildə, həm də Xocalıda və digər rayonların işğalında
göstəriblər.
Hazırda atəşkəsdir. Tarix boyu münaqişə ocaqlarında bu cür
atəşkəslər olur. Elə Birinci Qarabağ müharibəsi ərzində də
dəfələrlə atəşkəs razılaşması olub, ancaq tezliklə pozulub...
Aprelin 5-də də atəşkəs razılaşdırıldı. Ancaq tətik sıxılıb, güllə
hədəfə doğru irəliləyir.
Əlavə şərhə ehtiyac yoxdur, İkinci Qarabağ müharibəsi
başlayıb.