Yuxarı

İkinci “Ağıllı kənd” salınır: nə qədər insan köçürüləcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunun Dövlətyarlı kəndində yeni salınacaq “Ağıllı kənd”də neçə ailə məskunlaşacaq və hansı üstünlükləri olacaq?

Axar.az xəbər verir ki, bu barədə danışan millət vəkili Vüqar Bayramov Dövlətyarlı kəndində üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşasının nəzərdə tutulduğunu qeyd edib. Kənddə məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzində meydan salınacaq, bazar inşa ediləcək:

“Kəndin yerləşmə coğrafiyası və təbii üstünlükləri nəzərə alınmaqla bir neçə sektor üzrə müəssisələrin yaradılması nəzərdə tutulub. Belə ki, kartofçuluq dəyər zənciri üzrə müəssisələrin yaradılması planlaşdırılır. Bu müəssisələrdə 40 daimi, 300-dək mövsümi iş yeri yaradılacaq.

Eyni zamanda Köndələnçay su anbarı əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına balıqçılıq təsərrüfatının qurulması da nəzərdə tutulub. İstehsal olunacaq balıq məhsullarının ixrac ediləcəyi gözlənilir. Kənddə quşçuluq təsərrüfatı da yaradılacaq, ilkin mərhələdə 85 daimi iş yeri olacaq.

Kəndin iqlimi və relyef üstünlükləri nəzərə alınaraq turizm infrastrukturunun formalaşdırılması və otel infrastrukturunun yaradılması nəzərdə tutulub.

Bütün bunlar ilə yanaşı, kəndin ətrafında isə “Ağıllı kənd” təsərrüfatı sahəsi olacaq. Beləliklə, sakinlərinin kənd təsərrüfatı ilə məşğul olması üçün də imkan yaradılacaq”.

V.Bayramov bildirib ki, kənddə xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə günəş paneli tarlası salınacaq. İnvestisiya layihəsinin gücü 50 meqavat olacaq. Burada 20 daimi iş yeri yaradılacaq.

Qeyd edək ki, bu, Azərbaycanda ikinci “Ağıllı kənd” layihəsidir. Kəndin təməli ötən il oktyabrın 17-də Prezident İlham Əliyev tərəfindən qoyulub.Artıq hazırlıq işləri aparılır. Kəndin layihəsi təsdiq olunub. Qısa zamanda inşaat işləri intensivləşəcək.

Tarix
2022.01.26 / 11:05
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Abdullah Öcalanın PKK-ya tarixi tərk-silah çağırışı – Tam mətn

Bakıdan Ermənistan XİN-in əsassız iddialarına cavab...

AB “müşahidəçiləri" sərhədimizdə - Yeni video

Bu, tarixi səfərdir - Prezident

Qvineya-Bisau prezidenti Zəfər parkını ziyarət etdi

Paşinyandan qapalı iclasda Bakı ilə bağlı tapşırıq

"Sputnik"in nümayəndəliyi ləğv edildi - Rusiyadan reaksiya

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Rusiya ilə bağlı reytinq: İlk iki yerdə azərbaycanlı, 3-də erməni...

Prezidentlərin lanç əsnasında geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla